Wednesday, August 10, 2011

Translation of article concerning the rising price of meat - Ətin qiymətinin qalxmasına aid məqalənin tərcüməsi

This article was published on August 4th on the website of Azadlıq, the same opposition newspaper that printed the article on the demolition of Baku’s shipyard.  This article concerns the rising price of beef in Azerbaijan and contains interviews with experts who claim that its cause is the payment of bribes.  Portions that I am uncertain about are highlighted in blue.  I am particularly stumped by how to translate the suffix “-dıqca” in combination with with the phrase “yərinə” as in the context of this article.  Any helpful comments would be greatly appreciated.

Ətin qiyməti 10 manata çatdı
The price of meat has reached 10 manats
           
Vahid Məhərrəmov: «Ətin qiymətini qeyri-rəsmi ödənişlər, məmurların aldığı aylıqlar qaldırır»
Vahid Meherremov: “Unofficial payments and the taking of officials’ salaries is raising the price of meat”
Eyyub Hüseynov: «Rüşvət artırıldıqca ət satışı ilə məşğul olanlar hüquqlarını qorumaq yerinə qiyməti bahalaşdırırlar»
Eyyub Huseynov: “The more those who sell meat are enriched by bribes the more they raise prices instead of protecting rights

Bir müddət əvvəl dövlət başçısı keçirdiyi müşavirələrin birində ölkədə yumurtanın qiymətinin qalxmasını müzakirə predmeti edərək, bu məhsulun süni bahalaşmasının qarşısını almışdı. Məhz yüksək səviyyədə müdaxilədən sonra inhisarçıların yumurtanın qiymətini qaldırması dayandırılmışdı. Hazırda elə bir iqtisadi əsas görünmədiyi halda, ölkədə ətin qiyməti bahalaşdırılıb. Indi ətin bir kiloqramı bəzi yerlərdə 10 manata satılır. Rəsmi qurumlar bu qiymət artımını süni amillərlə izah edir.
Amma qəzetimizin araşdırması nəticəsində qiymət artımının bir neçə səbəbinin olduğunu ortaya çıxarmışıq. Onlar sırasında öncə mal-qaranın istifadə etdiyi yemin qiymətinin baha olmasını qeyd etmək lazımdır. Digər tərəfdən, Azərbaycanda istifadə olunan mal-qaranın ətlik deyil, universal cins olması ətin qiymətinə təsir edən amillərdəndir.
Amma ətin qiymətinin qalxmasında bürokratik əngələr də az deyil. Hazırda bazarlarda bir ət piştaxtası üçün alınan qeyri-rəsmi ödəniş artırılıb. Eyni zamanda ayrı-ayrı ət dükanlarına baytarların, polislərin, vergi müfəttişlərinin reydlərinin də artmasının ətin bahalaşmasına təsiri var. Halbuki bu istiqamətdə haqq yığımının qarşısının alınması ətin qiymətinin ucuzlaşmasına ciddi təsir edə bilərdi. Bəs  görəsən, rəsmi qurumlar müvafiq tədbirləri niyə reallaşdırmır?
At a conference held a while ago, the leadership of the state, by discussing the subject of the rising price of eggs in the country, prevented the artificial rise in price of this commodity.  Precisely after this intervention at the highest level, the increase in the price of the monopolists’ eggs was stopped.  In the present situation, which does not appear to have an economic cause, the price of meat has been increased in the country.  Now a kilogram of meat is sold for 10 manats (5.75 USD/lb) in some places.  Official bureaucrats explain the increase in this price with false factors.  But our newspaper’s investigation discovered the existence of several of causes for the rise in prices.  First of all, it is necessary to note that the price of the feed used for cattle is expensive.  On the other hand, an influential factor in the price of meat is that the cattle being raised in Azerbaijan are not beef cattle but an all-purpose breed.  However there are more than a few bureaucratic shortcomings in the rise in the price of meat.  Presently, [in order to get] a meat counter at the markets the unofficial payment has been increased.  At the same time there is also an influence on the increasing price of meat coming from raids on different butcher shops by health inspectors, police and tax inspectors. Preventing the collection of fees in this direction could have seriously influenced a decrease in the price of meat.  But I wonder why official agencies are not implementing appropriate measures?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da təsdiq etdi ki, ət satışı ilə məşğul olanlara tətbiq olunan qeyri-rəsmi ödənişlər, ayrı-ayrı məmurların aldıqları aylıqlar da ətin qiymətinə təsir edir. Ətin qiymətinin hazırkı mövsümdə qalxmasının məntiqdən uzaq olduğunu deyən V.Məhərrəmli vurğuladı ki, ətə tələbatın aşağı düşdüyü dönəmdə qiymətlər bir qayda olaraq aşağı düşməlidir: “Amma hazırda biz əks prosesi müşahidə edirik. Halbuki hazırda ətlik üçün bağlanan mal-qaranın sayı azalıb. Bu da sırf tələbatla bağlı olan prosesdir. Çünki hazırda ətə tələbat aşağı düşüb. Amma bütün il boyunca mal-qara üçün istifadə olunan yemin qiymətinin bahalaşmasına baxmayaraq, bu istiqamətdə heç bir tədbir görülmürdü. Bu da ətin qiymətinə təsir edən amildir. Ələxsus ətlik deyil, yalnız universal mal-qara cinsinin olduğu Azərbaycanda”.
V.Məhərrəmovun sözlərinə görə, ətlik mal-qara cinsindən fərqli olaraq universal mal-qara cinsinin kökəldilməsi uzun vaxt və məsrəf tələb edir. Məsələn ətlik mal-qara cinsində 1 kiloqram çəki artımı üçün bir gün tələb olunurdusa, universal cinsdə bu müddət 3-4 gündür. Azərbaycanın bu istiqamətdə qonşu Gürcüstan, hətta Ermənistandan geri qaldığını deyən V.Məhərrəmov əlavə etdi ki, bu ölkələrdə artıq ət satışı və istehsalı gəlirli biznes sahəsinə çevrilib.
Vahid Meherremov, an expert in rural economy also asserted that unofficial payments being applied to those involved in the selling of meat as well as different functionaries taking their salaries influences the price of meat.  V. Meherremli [sic], who says that the price increases in the current season are far from logical, stresses that as a rule, falling demand for meat should in turn decrease prices: “But currently we are observing the opposite process.  Presently the number of cattle for slaughter has decreased.  This is a process absolutely connected to demand.  Because currently demand for meat has fallen.  But even though over the length of the year the price of cattle feed has increased no measures have been taken  in this direction.  This is also an influential factor in the price of meat - not particularly for beef cattle but rather only for the all-purpose variety of cattle in Azerbaijan.”  According to V. Meherremov, unlike varieties of beef cattle, all-purpose cattle require more time and expense to fatten.  For example if one day is required to increase the weigh by one kilogram in beef cattle varieties, three or four days are required for all-purpose cattle.  V. Meherremov said that Azerbaijan lags behind neighboring Georgia and even Armenia in this direction and he added that in these countries the selling and production of meat has been turned into a profitable business.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov vurğuladı ki, ətin qiymətinin bahalaşmasına qeyri-rəsmi ödənişlərin həddindən artıq şişirdilməsinin təsiri var: “Bu, istehlakçıların hüquqlarının birbaşa pozulmasıdır. şvət artırıldıqca ət satışı ilə məşğul olan sahibkarlar öz hüquqlarını qorumaq yerinə qiyməti bahalaşdırırlar. Istehlakçıların hüquqlarını məhz bu pozur. Dövlət məhz istehlakçıların pulları üzərində dayanır. Istehlakçıları istismar edən sistemə son qoyulmalıdır”.
The chairman of the Free Consumers’ Union, Eyyub Huseynov emphasized that unofficial payments have an inflationary influence on the rising price of meat: “This is an outright violation of consumers’ rights.  The more they are enriched by bribes, the owners involved in selling meat, instead of protecting their own rights, raise prices.  This violates the rights of consumers.  The government is ceasing to protect consumers’ money.  This system which exploits consumers must be ended.”

No comments:

Post a Comment