Azerbaijani Newspaper Reader Transliterations

From John D. Murphy's Azerbaijani Newspaper Reader.  

Selection 6

Ankara – 30 oktyabr.  On illər boyu, yəni keçmiş SSRİ dövründə onun türkdilli respublikları ilə Türkiyə arasında “dəmir pərdə” mövcüd olmuş, əlaqələr və ünsiyyət son dərəcə məhdudlaşdırılmışdır.  Ancaq indi vəziyyət tamamilə dəyişir, xalqlarımız bir-birinə yaxınlaşır, siyasi, iqtisadi, mədəni əlaqələr möhkəmlənir.  Ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmlışdır.  Bakıda Türkiyə Respublikasının səfirliyi fəaliyyət gostərir.  Yaxın günlərdə Ankarada Azərbaycan Respublikasının səfirliyi açılacaqdır.

Selection 7

Qafqaz Konfederasiyasının rəhbəri Yuri Şanibov bildirmişdir ki, əgər Gürcustan ordusunu Abxaziyadan çəkməzse, Qafqazda müharibə genişlənə bilər.  O, həmçinin qeyd etmişdir ki, çeçen-inguş könüllüləri axıra gədər Abxaziya tərəfindən vuruşmağı vəd ediblər.  Konfederasiyanın rəhbəri bu münaqişədə Gürcüstan rəhbərliyini günahkar hesab edir və tezliklə hökümətin iste’fasını tələb edir.

Selection 8

Vaşinqton. Noyabrın 3-də ABŞ prezidentinin seçki günüdür.  Bu gün yaxınlaşdıgca prezidentliyə namizədlər arasında mübarizə daha da kəskinləşir.  Namizədlərdən hər biri təbliğat üçün müxtəlif vasitələrdən istifadə edirlər.  Corc Buş son həftə Holivudun kino ulduzları Arnold Şvartsnegger və Çak Norrisdən istifadə etməyi qərara alıb.  Ross Pero isə artıq seçki kampaniyasını 60 milyon dollar xərcləyib.  O, təbliğat kampaniyasını genişləndirmək məqsədilə bir neçə şəxsi telekompaniyadan yarım saatlıq efir vaxtı alıb.

Selection 9

Bu yaxınlarda Tehranda Xəzər dənizi ilə bağlı beynəlxalq konfrans keçirilcək.  Konfransda Azərbaycanın, Rusiyanın, Türkmənistan və Qazaxıstanın hümayəndələri də iştirak edəcəklər.  Biz Xəzər hövzəsi ölkələrinin hərtərəfli əməkdaşlığını genişləndirməyə, bu dənizin çirklənməsi qarşısını almaq və digər problemləri həll etmək sahəsində səylərimizi birləşdirməyə çalışırıq.  İnanırıq ki, bu sahədə  hövzə dövlətlərinin əməkdaşlığı çox böyük səmərə vərəcək.

Selection 10

Qərb ölkələri möhkəm narahat olmağa başlamışlar.  Onlar qorxurlar ki, nüvə silahı istehsalı sahəsində çalışan və hazırda işsiz qalan sovet alimləri “üçüncu ölkələrin” nüvə silahı ehtiyatı yaratmaq istəyən başçıları “əldə” edə bilərlər.  Bu yaxınlarda Beynəxalq Strateji Tədqiqatlar İnstitutun direktoru, doktor Fransua Eysburq xəbərdar etmişdir ki, sovet alimlərinin hərbi sahədə apardıqları tədqiqatların tələsik və sistemsiz dondurulması xeyli alimin işsiz qalmasına və böyük işsizlər ordusunun yaranmasına səbəb ola bilər.

Selection 11

İki il əvvəl üzməyi bacarmayan balaca Orxan Muradov idmandakı nailiyyətləri ilə Amerika mütəxəssislərinin diqqətini cəlb etmişdir.  Onlar deyirlər ki, yaxşı təbii imkanlara malik doqquz yaşlı Orxan planlı şəkildə hazırlıq keçsə, bir müddət sonra peşəkar üzgünçülərin ciddi rəqibinə çevrilə bilər.


Selection 13

Azərbaycanlılar digər respulikalarda, məsələn, Rusiyada, Gürcüstanda, Dağıstanda da yığcam halda yaşayırlar.  Bu yaxınlaradək Ermənistanda da azərbaycanlılar yaşayırdılar, lakin Qarabağ münqişəsinin lap başlanğıcından da onları tarixən məskən saldıqları yerləri tərk etməyə zorla məcbur etmişlər.  İndi Ermənistanda bir nəfər də azərbaycanlı yoxdur, bir müsəlman məscidi də fəaliyyət göstəmir.

Azərbaycan xalqı tarixən həmişə dinlərin azadlığını qəbul etmişdir.  Onun torpağında bütün müharibələr dini xarakter daşımamış, yalnız Azərbaycan barəsində ərazi iddiaları üzündən baş vərmişdir.  Həm də Azərbaycan xalqı heç vaxt özü hücüm etməmiş, özünü yalnız müdafiə etmişdir.

Selection 14

Manilada baş vermiş təbii fəlakət Amerika hərbi güvvələrinə də xeyli ziyan vurmuşdur.  Pinatubo vulkanının yenidən püskürməsi ABŞ-ın hərbi hava güvvələri bazasını böyük təhlükə qarşısında qoymuşdur.  ABŞ-da belə güman edilər ki, Klark-Filddəki baza Quam adasına köçürülə bilər.  Bu barədə Amerika hərbi komandanlığının “Starz end strayps” qəzəti məlumat vermişdir.  ABŞ konqresinin nümayəndələr palatasının üzvü P. Şrouder həmin baza və hərbi obyektlərə məsuldur.  Ona görə də bu qadın Filippində olarkən bələ qərara gelmişdir ki, baza Quam adasına koçürülə bilər.  Alternativ kimi Aleut adaları nəzərdə tutulur.

Selection 15

Röytər Agentliyi Türkiyə ordusunun yüksək mənsəbli zabitinə istinad edərək Ankaradan xəbər vermişdir ki, Türkiyə hərbi hava qüvvələrinin təyyarəsi son iki həftə ərzində Cənub-Şərqi Türkiyənin dağlıq rayonunda kürd qiyamçılarında sığınacaqlarını bombardman etmişdir.  Adının çəkilməsini istəməyən həmin zabit partizanların “ağır itkilərə” məruz qaldıqlarını demiş, amma konkret rəqəm göstərməmişdir.

Selection 16.1

Kosmosda Elmi Eksperimentlər

Nyu-York.  Amerikanın dəfələrlə istifadə olunan, Kanaveral burnundakı (Florida ştatı) kosmodromundan start götürmüş “Diskaveri” kosmik gəmisinin beynəlxalq heyəti nəzərdə tutulmuş bir neçə elmi ekspirement keçirmişdir.  Uçuşun birinci iki günü ərzində çəkisizlik və kosmik şüalanma səraitində görmə, eşitmə və sinir sistemi funksiyaları üzərində müşahidə ilə əlaqədar tibbi təcrübələr, habelə bitikiçilik sahəsində eksperimentlər həyata keçirilmişdir.  Bütün işlər Avropa Kosmos Agentliyin tərəfindən bu məqsədlər üçün xüsusi olaraq yaradılmış “Speyslab” laboratoriyasında görülmüşdür.  Arasında bir qadın olan yeddi heyət üzvü yerətrafı orbitə çıxan kimi həmin laboratoriyaya keçmişdir.  Bu modul gəminin yük bölməsinin təqribən yarısını tutur.

Selection 16.2

Əsas yük Amerika astronavtı Devid Hilmersin, kanadalı qadın Roberta Bondarın da alman fizikil Ulf Merboldın payına düşmüşdür.  Birinci təcrübə insanın sinir sisteminin çəkisizlik şeraitində necə uyğunlaşdığına aydınlaşdırmaqdan ibarət olmuşdur.  İkinci eksperimentin gedişində laboratoriyada qurulmuş kameranın köməyi ilə mütəxəssislər kosmik şüalanmaya özlərinin göz bəbəklərinin reaksiyası üzərində müşahidə apara bilmişlər.  Lakin texnika mütəxəssisləri çətin vəziyyətdə qoyduğuna görə bu təcrübəni başa çatdırmaq mümkün olmamışdır.  Kamera gözlənilmədən işini dayandırmışdır.  Kameranın sıradan çıxması səbəblərinin müəyyən edilməsinə və bunların aradan qaldırılmasına bir neçə saat vaxt sərf olunmuşdur.

Selection 16.3

Nəzərdə tutulmuş 40-dan artıq tədqiqatın hamısının nəticələri bir çox alimləri maraqlandıran belə bir suala cavab vərilməsinə kömək etməlidir: adamlar uzunmüddətli kosmik səyahətlərə yollana bilərlərmi və genetik mutasiyalardan ehtiyat etmədən, başqa planetlərdə koloniyalar yarada bilərlərmi?  Bunun üçün gəminin içərisində bakteriyalardan tutmuş bitkilərə və həşəratlara kimi çoxlu laboratoriya materialı uçuşa yollanmışdır.

Selection 17.1

5 ildir ki, Azərbaycan ərazisində geniş miqyaslı elan olunmamış müharibə gedir.  Qarabağ od-alov içindədir.  Bu qədim el-obamız düşmən tapdağı altında inləyir.  Qeyrət mücəssəməsi kimi özünü göstərən azəri türkləri günbəgün azğınlaşan, qaniçən, vəhşi erməni quldlurlarından yurdumuzun təmizlənməsi üçün əllərindən gələn köməyi əsirgəmirlər.  Hamının ayağa qalxmasına, əl-ələ verib birlikdə mübarizəyə girişməsinə dərin inam yaranır.  İndi əsas vəzifəmiz düşmənə sarsıdıcı zərbələr endirmək, onları yerlərinə oturtmaqdır.  Allah qoysa bu gün uzaqda deyildir.  Müstafa Kamal Atatürkün dediyi kimi, “Türkün türkdən başqa köməyi yoxdur.”  Deməli, birliyimiz bizim ən böyük amalımızdır.

Selection 17.2

Düzdür, Xocalı faciəsi indiyə kimi görünməmiş bir vəhşilikdir.  Hələ heç bir xalq bu cür işgəncəyə, soyqırımına məruz qalmamışdır.  Bu faciə göstərdi ki, ermənilər bir zamanlar Yeni Zelandiyada insan əti yeyən yamyamlardan da qat-qat vəhşi və iyrənc bir məxluqdur.  Ağır da olsa, deməliyəm ki, Xocalı faciəsi sağalmaz bir yara kimi ürəyimizi deşir.  Lakin çətin şeraitlə qarşılaşsaq da, heç kim ruhdan düşmür və düşməni yaxın vaxtlarda susdurmaq əzmi ilə yaşayırıq.  Eyni zamanda müqəddəs torpağımızı qoruyan igid oğullara maddi və mənəvi el yardımı isə həmişə diqqət mərkəzində saxlanılır.

Selection 17.3

Gəncə Yüngül Sənayə Texnikumun müəllim, texniki işçi və tələbə kollektivi də bu işdən kənarda qalmır.  Kəçən ilin oktyabr ayından indiyə kimi 50 mindən çox pul toplayıb Qarabağa yardım və milli özünmüdafiə fondlarına keçirmişik.  Onlar bununla kifayətlənməyib, şəhərimizin xəstəxanalarında yatan yaralıların da yanına gedir, dərd-sərlərinə şərik çıxaraq tezliklə sağalmalarını arzulayırlar.  Ev-eşiklərindən zorla qovulmuş 20 ailəni (təxminən 100 nəfər) yataqxanamızda yerləşdirmişik və onlara əlavə köməyimizi də əsirgəmirik.

Selection 17.4

Deyirəm nə yaxşı ki, elin, obanın belə ağır günlərində adamlara təmənnasız kömək edən xeyirxahlar varmış.  Belələri imkansızların əlindən tutur və həyatın mənasını insanlara xidmətdə görürlər.  Böyüklər(in) bu xeyirxahlığı da öz növbəsində balacalara örnək olur. 

Tədris ocağında Qarabağa və doğma ocağlarını məcburi tərk etmiş ata-analarımıza, bacı-qardaşlarımıza yardım davam edir.  Bəli, indi hünər vaxtıdır, qeyrət dəmidir.

Selection 18.1

Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq ərzaq və digər məhsullar mağazalardan yoxa çıxır.  Möhtəkirlik daha da artır.  Belə bir şəraitdə müəllimin aldığı əmək haqqı ancaq gündəlik çörək üçün kifayət edir.  Bəs onda biz digər ehtiyaclarımızı ödəmək üçün pulu haradan almalıyıq?  Onu da qeyd edim ki, tək çörəkdən başqa bizim şəhərdə heç bir müəllimə talon verilmir.  Altı aydır şəhərdə et, yağ, qənd və digər ərzaq mallarının satışı alverçilərin əlindədir.  Ümumiyyətlə, mağazalarımızın piştaxtaları boş, alverçilərin əlləri isə doldur.

Haqq-ədalətdən danışan, gənc nəsilə doğru yol göstərən müəllim ise haqsızlıqlara qarşı mübarizə apara bilmir, əsəb gərginliyi, öz-özünə daxilən parçalanır, nüfuzunu itirir, miskin vəziyyətə düşür…

Selection 18.2

Bir anlıq düşünək.  Əgər müəllimin heç bir təchizatı və rahatlığı yoxdursa, müəllim sinifə necə rahat girə bilər, necə yüksək keyfiyyətlə dərs deyə bilər (ona görə də dərsi buraxıb alver dalınca gedən müəllimlərin sayı günügündən artır).  Bütün şeylərin qiymetlərinin 10-20 dəfə artırıldığı bir şeraitdə müəllimin əmək haqqının demək olar ki, cüzi artırilması ən azı insafsızlıqdır…

Selection 18.3

Biz bütün müəllimlər adından cəmiyyətin inkişafında həllədici rol oynayan müəllimlərin güzəranının yaxşılaşdırılmasının çıxış yolunu yalnız aşağıda qoyduğumuz tələblərdə görürük: bazar qiymətlərinin artırılmasına uyğun olaraq əmək haqqı 5-6 dəfə qaldırılsın; bütün növ məhsulların və sənayə mallarının talon sistemi ilə satılması təşkil edilsin; müəllimlər üçün xüsusi mağaza açılsın; satışa ciddi nəzarət edilərək vaxtı-vaxtında yerlərdə yoxlanılsın; bölgünün ədalətli olması təşkil olunsun; dərs yükü 12 saata endirilsin.

Selection 19.1

RUSİYADAN BAKIYA İLK MÜŞAHİDƏÇİLƏR GƏLMİŞDİR

Azərbaycanın Müdafiə Nazirliyi xəbər vermişdir ki, Rusiyadan Bakıya ilk müşahidəçilər gəlmişdir.  Qazaxıstan, Belarus, və Ukraynadan da nümayəndələr gələcəyi gözlənilir.  Onlar Qarabağın dağlıq hissəsində və sərhədyanı rayonlarda olan beş zonada yərləşdiriləcəklər.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycanın müdafiə nazirinin atəşi və bütün hücüm əməliyyatlarını dayandırmaq haqqında əmr verməsindən istifadə edən erməni hissələri Qarabağın şimalında və cənubunda döyüş əməliyyatını kəskin şəkildə fəallaşdırmışlar.  Bu gün Ağdam rayonunun yaşayış məntəqələri, habelə Qazax rayonunun sərhədyanı kəndləri top atəşinə tutulmuşdur.  Bakıdakı müşahidəçilərin fikrincə, bütün bunlar göstərir ki, Ermənistan rəhbərliyi öz hərbi birləşmələrinin hərəkətlərinə əslində nəzarət etmir, bu isə Soçi razılaşmalarını heçə endirə bilər.

Selection 19.2

Azərbaycanın Müdafiə Nazirlyində belə hesab edirlər ki, “Dağlıq Qarabağ Respublikasının danışıqlarda iştirak etmədiyi və onun hərəkətləri üçün Ermənistanın məsuliyyət daşımadığı” barədə Ermənistan prezidentinin mətbuat katibinin rəsmi bəyanatı da təsadüfi deyildir.  Bununla əlaqədar bu gün Azərbaycan Müdafiə Nazirliyinin rəhbərləri Rusiya da Ermənistanın müdafiə nazirlərinə teleqram göndərərək məsələnin belə qoyuluşu ilə qətiyyən razı olmadıqlarını bildirmişdir və müəyyən dairələrin istər Qarabağdakı, istərsə də qonşu respublikadakı hərəkətlərini fitnəkarlıq hesab edirlər.

Selection 20.1

MƏTBUAT FONDU YARADILIR

Azərbaycan mətbuatı çətin günlərini yaşayır.  Kağızın qiymətinin, mətbəə, rabitə xərclərinin və icarə haqqının xeyli artması qəzet və jurnal redaksiyalarını çıxılmaz vəziyyətə salmışdır.  Maliyyə böhranı nəticesində jurnalist kollektivləri aylarda əmək haqqı üzünə həsrət qalıblar.  Azərbaycanın müstəqillik qazanması və demokratik inkişaf yoluna qədəm qoyması uğrunda mübarizədə həmişə ön sıralarda olan mətbuat işçilərini bu gün hərtərəfli qayğı göstərmək zəruridir.

Respublikamızda mətbuatın inkişaf etdirilməsi, jurnalistlərin həyat səviyyəsinin yüksəldilməsi və digər məsələlər yeni yaradılan mətbuat fondunun başlıca vəzifələri olacaqdır.  İyulun 17-də Azərbaycan ensiklopediyasının binasında fondun təsis qurultayı keçirldi.

Selection 20.2

Fondun əsas məqsədləri Azərbaycanda informasiya vasitələrinin maddi-texniki bazasını möhkəmləndirmək, kütləvi mədəni-maarif, xeyriyyəçilik tədbirləri keçirmək, kitab nəşrinin latın əlifbasına keçirilməsinə, lazımlı dərsliklərin hazırlanmasına və çap olunmasına yaxından kömək etmək, jurnalistlərin sosial qayğılarına qalmaq, bir sözlə, respublikamızda mətbuatın hərtərəfli inkişafını, indi də davam edən informasiya blokadasının yarılmasını təmin edə biləcək tədbirlər görməkdir.

Selection 20.3

Qəbul edilmiş nizmnaməyə əsasən, mətbuat fondu müstəqil ictimai təşkilatdır.  Respublikamızda fəaliyyət göstərən nəşriyyatlar, mətbəələr, kitab ticarəti və mətbuat yayımı təşkilatları, kütləvi informasiya vasitələrinin redaksiyaları və Azərbaycanda mətbuatın inkişafına kömək etmək istəyən bütün təşkilatlar və ayrı-ayrı şəxslər bu fondun üzvü ola bilərlər. 

Qurultay təşkilat məsələlərini müzakirə etdi.  Fondun rəhbər orqanları – idarə heyəti, reyasət heyəti və təftiş komissiyası seçildi.  Respublika Dövlət Mətbuat Komitəsinin sədri Sabir Rüstəmxanlı mətbuat fondu rəyasət heyətinin sədri, İmamvərdi İsmayılov fondun direktoru seçildilər.

Selection 21.1

ABŞ-IN YARDIMI BARƏDƏ

Nyu-York.  ABŞ-da nüfuzlu sovetoloq, Harvard Universitəti Rus Tədqiqatlar Mərkəzi direktorunun köməkçisi Marşall Holdman Si-En-En televiziya şirkətinin müxbiri ilə müsahibəsində belə bir fikirdə olduğunu bildirmişdir ki, hazırda Sovet İttifaqı qərbin “uzunmüddətli yardımından istifadə olunmasını təmin etməyə qadir deyildir.”

Bu yaxınlarda Moskva səfərindən qayıtmış Holdman demişdir: “sovet cəmiyyəti dağılır, hakimiyyəti yerli mafia ələ keçirir və əgər biz onlara uzunmüddətli yardım göstərsək, bu vəsait nəticə etibarilə İsveçrəyə gedib çıxacaq.”

Eyni zamanda Amerika sovetoloqu belə hesab edir ki, ABŞ vaxtilə Sovet İttifaqına daxil olmuş respublikalara qısa müddətli yardım göstərməlidir, “çünki bu qış aclıq ola bilər.”

Selection 21.2

Lakin o, qeyd etmişdir ki, taxıl, ərzaq və dərmandan ibarət yardımın bölüşdürülməsi ilə bilavasitə America təşkilatları məşğul olmalıdırlar.  Məsələn, o, “Amerika yardım hökümətinin” (APA) fəaliyyətini misal göstərmişdir.  20-ci illərdə həmin təşkilat Rusiyada yardımın Volqaboyu zonada aclıq çəkənlər arasında bölüşdürülməsi ilə məşğul olmuşdur.  Amerika sovetoloqu xəbərdarlıq edib bildirmişdir ki, “əks təqdirdə bu yardım oğurlanıb ağlagəlməz qiymətlərlə satılacaq.” 

Holdman demişdir; “Daha respublikalar federasiyası yoxdur.”  O göstərmişdir ki, SSRİ prezidenti Misxail Qorbaçov başçılıq etdiyi mərkəzi hökümət vergi bazasından və xammal ehtiyatlarından məhrumdur.  İndi respublikalar özləri bunlara sərəncam vermək niyyətindədirlər.

Selection 21.3

Amerika alimi demişdir: “Təsəvvür edin!  ABŞ-da hər bir ştat müstəqil surətdə öz vergi payını versəydi, nə olardı?  Bu vergi formasının Sovet İttifaqında böyük müvəffəqiyyətlə tətbiq oluna biləcəyini zənn etmirəm.”

Holdmanın fikrincə, bəzi respublikalar müvəfəqiyyət qazana bilərlər, amma digərləri daha böyük çətinliklərlə qarşılaşaşacaqlar.  Amerika sovetoloqu demişdir: “Biz ayrı-ayrılıqda hər bir respublikanın vəziyyətini təhlil etməli və ABŞ-ın ona göstərəcəyi yardımın məhz nədən ibarət olduğunu müəyyənləşdirməliyik.  Respublikalar da xarici kapital qoyuluşları və özləşdirmə barədə müəyyən mövqə tutmalıdırlar.”

Selection 21.4

Amerika aliminin fikrincə, iqtisadi islahatlar barədə Rusiya prezidenti Boris Yeltsinin elan etdiyi qanunlar paketi Qərb mütəxəssislərinin bir çox tövsiyələrini nəzərə alır, amma bununla belə, ilk növbədə özləşdirmə sahəsində “çox da uzağa gedə bilmir.”  Holdman belə hesab edir: “Görünür, Yeltsin hələ də tərəddüd edir.  Məsələn, o, yalnız zərərlə işləyən kolxozları özləşdirməyə çağırır, bu isə yeni problemlərə gətirib çıxaracaq.”

Amerika sovetologu belə hesab edir ki, yenidənqurmanın “ləngər burmasının başlıca səbəbi bundan ibarətdir ki, Sovet İttifaqı həddindən artıq inhisarlaşdırılmışdır.”  O qeyd etmişdir ki, bazara keçid zamanı bu inhisarlar yalnız qiymətlərin artmasına gətirib çıxara bilir, digər tərəfdən onların dağılması istehlakçıların mənafeyini təhlükə altına alır.  Çünki istehlakçılar lazımi malları və xidmətləri ala bilmirlər.  Nəticədə iqtisadi çətinliklər yaranır.  Millətlərarası münaqişələr vəziyyəti daha da kəskinləşdirir.



Selection 22.1

AMERİKAYA, YOXSA TÜRKİYƏYƏ ÇATMAQ…

Srağa gün Mərkəzi televiziyanın tanınmış direktoru və aparıcısı A. Tixomirov “Zaman” xəbərlər proqramını açdı və necə deyərlər, giriş nitqi irad elədi.  Ölkənin düşdüyü böhranı və iflic vəziyyətinin qısaca təsvir etdikdən sonra dedi ki, əgər biz əvvəllər Amerika Birleşmiş Ştatlarına çatmaq və onu ötmək şüarını irəli sürmüşdüksə və bu şüardan bir şey çıxmamışdısa, indi vəziyyət dəyişmişdir, məcburuq ki, bu dəfə Türkiyəyə çatmaq və onu ötmək süarı ilə çıxış edək.

Tixomirov bu fikri deyərkən mən onun cöhrəsində bir kinayə, alçalmaq hissi duydum.  Amma insafən RSFSR Ali Sovetinin deputatı, tanınmış aparıcı tez özünü düzəltdi, ciddiləşdi və dedi ki, biz həqiqətən yaşayış səviyyəsinə görə Türkiyəyə çatmalı və onu ötməliyik.

Selection 22.2

Vaxtilə böyük Azərbaycan mütəfəkkiri Əhmədbey Ağayev yazırdı ki, tarix bir hökmü-ilahidir, müqəddəratdır.  Doğrudan da belədir.  Kim deyə bilərdi ki, dünyanın ən qüdrətli iki ölkəsindən biri olan mərhum Sovetlər birliyi bu günə düşəcək?!  Bəyənmədiyi, həmişə ünvanına tənqid və bəzən təhqir dediyi Türkiyə indi onun üçün nümunə olacaq, onun ardınca getmək xülyasına düşəcək.  Fikirləşirsən, eşitdiklərinə, gördüklərinə inanmaq istəmirsən.

Dünyanın altıda birinə, Türkiyə ərazisindən 28 dəfə böyük əraziyə sahib olan, təbii sərvətləri, elmi potensiyalı, işlək adamları olan bir ölkə nə üçün bu vəziyətə düşsün?!  O ki, qaldı Türkiyəyə, doğrudan da son on ildə bu qonşu ölkənin iqtisadi, elmi-texniki tərəqqisi, iqtisadi inkişafın “türk möcüzəsi” inkaredilməzdir.  Hazırda Türkiyə Cümhüriyyəti özünün altmış milyona yaxın əhalisini bütün kənd təsərrüfatı məhsulları ilə təmin edən dünyanın yeddi ölkəsindən biridir.  İqtisadçılarımız mərkəzdə belə bir fikir irəli sürürlər ki, bizim ən yaxşı iqtisadi model məhz türk modeldir.  Bu, Azərbaycan üçün də nümunə ola bilər və olmalıdır.

Selection 22.3

Gözü millətçilik və irqçilik hissi ilə ortülmüş, xalqımızın və millətimizin ən qəddar düşməni Zori Balayan “Ocaq” əsərində həyasızcasına yazır ki, türklər yalnız dağıtmağa, öldürməyə, çapmağa qadirdirlər.  Onların qurmaq istedadı guya yoxdur.  Təsəvvür edirəm ki, Z. Balayan A. Tixomirovun bütün ölkə qarşısında “Zaman” xəbərlər proqramı vasitəsilə dediklərini necə qarşılamışdır. 

Bəşəriyyətin öz obyektiv inkişaf qanunları var.  Tarix bu qanunlarla yaranır.  Zor gücünə ölkəni təbii inkişaf məcrasından çıxmaq asandır.  Lakin onu bu məcraya qaytarmaq, dünya sivilizasiya ölkərləri sırasında daxil etmək nə qədər çətin imiş…

Selection 23.1

“ŞANLI SOVET ORDUSU” TACIKISTANDA

MOSKVA.  Rusiya prezidenti Boris Yetlsin Ali Sovetin iclasında deputatların suallarına cavab verərkən bildirir ki, Tacikistanda yerləşən 201 nömrəli rus diviziyasının bu respublikada təhlükəsizliyini təmin etmək məqsədilə oraya daha 3 əlavə batalyon göndərilib.  Yeltsin qeyd edib ki, əgər bunu etməsəydik, onda çox güman ki, diviziyanı yerindəcə “sökərdilər”.  Abxaziya ilə əlaqədar Rusiyanın mövqəyini açıqlayan prezident oktyabrın 13-də Rusiya, Gürcüstan və Abxaziya rəhbərliyinin yeni görüşünün keçiriləcəyini, eləcə də rus ordusunun Rusiya-Abxaziya sərhədindən Abxaziya-Gürcüstan sərhədinə kimi dəmir yolunu tamamilə nəzarətə götürəcəyini bildirir.

Selection 23.2

RUBLUN KURSU AŞAĞI DÜŞÜR

Çərşənbə axşamı Moskva Banklararası Valyuta Birjasında rublun kursu aşağı düşməkdə davam edib: artıq 1 ABŞ dolları 342 rubla satılır.  Satışın həcmi 62 milyon 480 min dollar olub.  Dollarda olan ilkin tələbat 78 milyon 340 min, ilkin təklif isə 47 milyon 290 min dollar həcmində olub.  Oktyabrın 1-də keçirilmiş sövdələşmədən sonra dolların qiyməti 33 rubl qalxıb.  Xatırladaq ki, həmin gün Azərbaycan Beynəlxalq Bankında dolların kursu 32 manat olub.

Selection 23.3

GƏMİLƏR İRAN KÖRFƏZİNDƏ

Rusiya hərbi Dəniz Quvvələrinin mətbuat xidmətinin məlumatına görə “Admiral Vinoqradov” hərbi gəmisi və “Boris Butoma” hərbi tankeri oktyabrın 5-də İran körfəzi rayonuna daxil olublar.  Həmin gəmilər BMT Təhlükəsizlik Şurasının Iraqa qarşı sürdüyü sanksiyaları yerinə yetirməklə ABŞ, İngiltərə və Fransa hərbi dəniz qüvvələrinə kömək göstərəcəklər.  Rusiya gəmilərinin hərbi əməliyyatlarda iştirakı planlaşdırılmır.  Ancaq gəmi komandirinin özünü qorumaq məqsədilə atəş açmaq səlahiyyəti var.  Gəmilər körfəzdə 2 ay qalmalıdırlar.

Selection 24.1

DÜNYADA VƏ MDB-DƏ

PARTİYA LİDERLƏRİ İTTİHAM OLUNUR

ALMA-ATA.  Oktyabrın 5-də Alma-Atada Qazaxıstan milli azadlıq “Alaş” partiyasının 4 lideri üzərində məhkəmə prosesi başlayıb.  Onlar ictimai yerdə xuliqanlığa görə və Qazaxıstan presidenti Nursultan Nazarbayevi şərəf və leyaqətinin təhqir olunmasında ittiham olunurlar.  Partiyanın liderləri 7 il müddətinəcən azadlıqdan məhrum oluna bilərlər.  Məlum olduğu kimi 1991-ci ilin dekabrın 13-də günorta namazı vaxtı “Alaş”-ın 200 nəfərə yaxın üzvü şəhər məscidini tutub Qazaxıstan müftisi Ratbəyi rüşvətxorluğa və DTK ilə əməkdaşlığa görə döymüşdülər.  Bundan başqa, “Alaş” partiyası mitinqlərdə Nursultan Nazarbayevin istefasını tələb edirdi.  Moskva Vəkillər Kollegiyasının üzvü Konstantin Bolşov “Interfaks” agentliyinə bildirib ki, “Alaş” partiyası liderlərinin məhkəmə prosesi siyasi məqsədlər güdür və işin sonu çox mübahisəlidir.
Selection 24.2

NYUTONUN QANUNLARI İLƏ

AŞQABAD.  Bazar ertəsi Türkmənistan xarici işlər nazirinin müavini Boris Şıxmuradov mətbuat konfransında jurnalistlərə bildirib ki, Türkmənistan Bişkekdə “mərkəzləşdirilmiş strukturların bərpa edilməsinə” qarşı çıxacaq.  O qeyd edib ki, Türkmənistan ikitərəfli əlaqələrin inkişafına üstünlük verəcək.

Selection 24.3

MİTİNQLƏR DAYANDIRILIB

NALÇİK.  Kabardin xalqı kongresinin sədri Yuri Kalmıkov bildirib ki, Kabarda-Balkariyada mintinqlərin dayandırılması haqda qərarın qəbul edilməsi qan tökülməsinin qarşısını almaq məqsədilə qəbul edilib.  Kalmıkov qeyd edib ki, mitinqi dağıtmaq haqqında orduya əmr verilməsi barədə onlar qabaqcadan məlumat almışdılar.  Ona görə də mintingqləri dayandırmaq qərarına gəldik.

Selection 24.4

1948-Cİ İL VİRANEDİCİ AŞQABAD ZƏLZƏLƏSİNİN İLDÖNÜMÜNDƏ TÜRKMƏNİSTANDA ZƏLZƏLƏ BAŞ VERMİŞDİR

AŞQABAD.  Oktyabrın 6-da ilk dəfə Türkmənistanda xatirə və kədər günü kimi qeyd edilən 1948-ci il zəlzələsinin ildönümündə təbii fəlakət yenidən özünü büruzə vermişdir.  Türkmənistan Elmlər Akademiyası Seysmologiya İnstitutu seysmik xidmətinin verdiyi məlumata görə, oktyabrın 6-da yerli vaxtla saat 13.57 dəqiqədə burada zəlzələ baş vermişdir.  Zəlzələnin mərkəzi – Qara Qala qəsəbəsindən 40 kilometr cənubda 6 bala çatmışdır.  Qəsəbənin özündə yeraltı təkanın gücü 4-5 bal olmuşdur.  Dağıntılar və binaların zədələnməsi halları olmamışdır.

Selection 25.1

AZSAYLI XALQLARIN DİLLƏRİ

Respukliamızda həyata keçirilməkdə olan demokratik yenidənqurma milli mədəniyyətlərin və dillərin inkişafı üçün geniş imkanlar açır.  İndi hər bir şəxsin istədiyi dildə danışmağa, öz uşağını istədiyi dildə tərbiyə etməyə və təhsil almağa hüququ vardır. 

Azsaylı xalqların dillərinin öyrənilməsi respublikamızın ali orqanlarının son qərar və göstərişlərində, dünyanın mütərəqqi fikirli mütəfəkkirlərinin milli məsələyə dair mülahizələrində millətlərin və xalqların mehriban dostluğunun və qarşılıqlı əməkdaşlığının rolu, zəhmətkeşlərin beynəlmiləl və vətənpərvərlik ruhunda tərbiyəsi böyük əhəmiyyət kəsb edir.

Hazırda dillərin qarşılıqlı suretdə öyrənilməsi xalqların bir-birinə olan marağının inkişafından, etimadının artmasından, bəşəriyyətin müqəddəratı üçün ümumi məsuliyyətin başa düşülməsindən ötrü çox vacibdir.

Azərbaycan Respublikasında yaşayan kiçik xalqlar (talış, ləzgi, avar, saxur, kürd, tat, üdin və b.) əsas etibarı ilə Azərbaycan (rus) dilində təhsil aldıqlarından onlarda bu sahədə düzgün nitq mədəniyyəti yaratmaq vacibdir.

Selection 25.2

Pedaqoji tədqiqatlar göstərir ki, ana dilini tam bilməyən, düzgün nitq mədəniyyətinə və səlis oxu qabiliyyətinə malik olmayan məktəbli başqa elmlərin əsaslarını, dərinliyini lazımi dərəcədə öyrənə və bildiyini başqalarının aydın başa düşəcəyi şəkildə ifadə edə bilməz.  Bu da onun ümumi intelletual inkişafına mənfi təsir göstərir.

Azsaylı xalqların dillərini öyrənən şakirdlərin yazılı və şifahi nitqə lazımi şəkildə yiyələnmələri, sözlərdən müstəqil və düzgün istifadə etmək bacarığının yaranması və digər amillər təlim prosesində onların müvəffəqiyyətini təmin edir.

Azərbaycanda fasiləsiz təhsillə bağlı hazırlanmış konsensiya layihələri və təhsil haqqında qanun respublikada yığcam yaşayan bütün azsaylı xalqların (talış, kürd, ləzgi, avar, saxur, udin, tat və b.) ana dillərinin ümumtəhsil məktəblərində tədrisini nəzərdə tutur.  Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin təsdiq etdiyi tədris planına uyğun olaraq azsaylı xalqların dillərinin tədrisində 1-1V siniflərin hər birində həftədə iki saat ayrılmışdır.