Bakıda sürücülərin “qəzəb günü” Yüzlərlə taksiçi Nəqliyyat Nazirliyinə yürüş etdi; nazirə istefa tələb olundu Nazirliyin sözçüsü sürücüləri aldatdı "Qanun bizlik deyil, göstəriş yuxarıdandır" Nəqliyyat Nazirliyi ilə Yol Polisinin lisenziyasız taksilərə qarşı başladıqları reydlərə qarşı sürücülər növbəti dəfə möhtəşəm aksiya keçirdilər. Ötən gün Nəqliyyat Nazirliyinin binası qarşısına toplaşan 500-ə yaxın sürücü qərarın ləğvini tələb edirdi. Qeyd edək ki, hazırda Bakıda qanuni taksi fəaliyyəti ilə məşğul olmaq üçün maşınların 2007-ci il və ondan sonrakı modellərinə icazə veriləcək. Telekanallar hanı? Saat 15-ə təyin olunan aksiya vaxtında başladı. Ancaq sürücülərdən əvvəl həmişə olduğu kimi əraziyə polislər gəlmişdi. Nəqliyyat Nazirliyi Yasamal rayonu ərazisində yerləşsə də ünvana Səbael Rayon Polis Idarəsinin işçiləri də cəlb edilmişdi. Nazirliyin qarşısındakı yolun o biri üzündə toplaşan sürücülərin qabağını polis kəsdi. Əvvəlcə onlara dağılışmağı məsləhət görən asayiş keşikçiləri dediklərinin heç bir faydası olmadığını gördülər. “Biz çörək davası edirik, çörək istəyirik. Iki gündən bir gedib Çindən zir-zibil taksi gətirirlər. 50 manat plan qoyublar. Tutaq ki, razılaşıb işlədik, 50 manat onlara verdik, bəs evə nə aparaq? Uşaqlar acından ölməlidir?! Imkan versinlər işləyək də. Iş yeri açmırlar, beş-on manat çörək pulu qazananı da çörəksiz edirlər. Necə vergi ödəyiriksə, lisenziyanı da müəyyən etsinlər, ödəyək, ailəmizi saxlayaq da. Ziya Məmmədov istefa verməlidir. Camaatı incidirlər. Bu dəqiqə ölkənin 60 faizi taksi sürür. Taksini ləğv etsələr, bütün millət ayağa qalxacaq. Hərə ailəsində azı 4-5 nəfər saxlayır. Bir yerə yığanda gör nə qədər əhali ac qalacaq” - deyə, sürücülər etirazlarını bildirirlər. Hanı ictimaiyyətin ITV-si? Sürücülər telekanalların problemlərini işıqlandırmamalarından gileyləndilər: “Hanı vicdanlı, dəqiq, qərəzsiz ANS, hanı günü-gündən Azərbaycanın çiçəkləndiyini söyləyən AzTV, hanı 1 milyona yaxın iş yeri açıldığını söyləyən ATV? Hanı ”ictimaiyyətin” ITV-si? Niyə itiblər? Haradadılar? Hökumətin qoltuğunun altında oturmaqdansa, xalqın dərdinə şərik olmaq gərəkdir”. “Istefa”, “Azadlıq”, “Ayı kababı yeyənlər bizim pulumuzdan əlini çəksin” Dəfələrlə polislər nazirliyə gedib məsələyə aydınlıq gətirməyin tərəfdarı olduqlarını bildirsələr də, sürücülər “Ziya Məmmədov özü gəlib bizə hər şeyi izah etsin” cavabını verdilər. Belə bir şeyin mümkün olmadığını görəndə isə taksi sürücüləri “Istefa” şüarını səsləndirməyə başladılar. Bundan sonra isə hadisə yerində olan 100-dən çox polis əməkdaşının etirazçılara münasibəti kəskinləşdi. Polisin dubinkası işə düşdü. Onlar sürücüləri ərazidən uzaqlaşdırmaq istəsələr də, bunun faydası olmadı. Əksinə yollarda tıxac yarandı. Sürücülər “Azadlıq” və “Ayı kababı yeyənlər bizim pulumuzdan əlini çəksin” şüarlarını səsləndirməyə başladılar. “Azadlıq” şüarını polislər səsgücləndirici ilə batırmaq istəsə də, bunun da faydası olmadı. Əsəblərini cilovlaya bilməyən asayiş keşikçiləri sonda bir neçə nəfəri döydü, yaralananları və fəalları polis maşınına basaraq aparmaq istəyəndə isə sürücülər buna mane oldular. Bir neçə cəhddən sonra 3 nəfəri həbs edib naməlum istiqamətə apardılar. Vəziyyətin acınacaqlı olduğunu görən polislər nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla görüşmək üçün taksi sürücülərindən 10 nəfər nümayəndə seçilməsini xahiş etdi. Ancaq nazirliyə onlardan üçü buraxıldı. Görüşə gedən yoldaşlarını etirazçılar yolun o biri hissəsində gözləməyə başladılar. Etirazçıların qarşısında çəpər kimi dayanan polislər onları yola çıxmağa qoymurdu. Namiq Həsənovun ikibaşlı oyunu Təxminən yarım saatdan sonra sürücülər bir az yaxşı əhval-ruhiyyə ilə geri qayıtdılar: “Namiq Həsənovla görüşdük. Deyir ki, iki gün vaxt verin, nazirlə danışım, özüm televiziya vasitəsilə sizə xəbər verəcəm. Deyir, bu qanun bizlik deyil, göstəriş yuxarıdandır”.
Sürücülər nazirliyin məlumatının yalan olduğunu dilə gətirdilər. Sabahsa (bu gün - red.) yenidən aksiya keçirməyə qərar verdilər. Sürücülər necə düşünüdülərsə, elə də oldu. Namiq Həsənov sürücülərə dediyi sözün tam əksini “Azadlıq” radiosuna açıqlamasında bildirdi. Hətta sürücülərin aksiyaları davamlı olsa belə, bunun verilən qərarı dəyişməyəcəyini vurğuladı. O qeyd etdi ki, Nəqliyyat Nazirliyi ilə Yol Polisinin lisenziyasız taksilərə qarşı başladıqları reydlər bundan sonra da davam etdiriləcək: “Taksi sürücüləri yalnız lisenziya alandan sonra fəaliyyət göstərə bilərlər. Kimlərin ki, maşını standartlara uyğun deyil gedib ‘London taksiləri’ndən götürə bilərlər və ya ağ rəngli, istehsal müddəti 5 ildən aşağı olmayan maşınla lisenziya alandan sonra fəaliyyət göstərə bilərlər. Qanun qarşısında hamı bərabərdir, əgər biz qanunsuz fəaliyyətə icazə versək, belə çıxır ki, Nəqliyyat Nazirliyinin özü qanunsuz işlə məşğuldur”. Namiq Həsənov deyir ki, bundan sonra taksi xidməti göstərmək istəyən fiziki şəxslər 150 manat ödəyib 5 illik lisenziya almalı, fərqlənmə nişanı, texniki və tibbi müayinəyə də hər ay 30 manata yaxın pul ödəməlidirlər. Bundan başqa, sürücü öz hesabına avtomobilə naviqasiya sistemi və sayğac quraşdırmalıdır. | Drivers’ “Day of Rage” in Baku Hundreds of taxi drivers marched to the Transportation Ministry demanding the resignation of the minister The ministry’s spokesperson deceived the drivers “The law isn’t ours, it’s an order from above” Drivers once again staged a massive action against raids begun by the Transportation Ministry and the Road Police against unlicensed taxis. Yesterday nearly 500 drivers gathering in front of the Transportation Ministry building demanded a repeal of the ordinance. Currently in order operate a legal taxi business permission is only given to cars made in 2007 or later. Where are the television channels? The action, which was set to begin at 3, began on time. As always, the police had come to the area before the drivers. Even though the Transportation Ministry is located in the Yasamal neighborhood police from Səbael had been called in. The police cut in front of the drivers who were gathering at one end of the road across from the ministry. Beforehand, they were not given the benefit of being told to disperse by the peace officers. “We are fighting for bread, we want bread. In two days they go and bring a crappy taxi from China. They have put forward a 50 manat plan. Let’s say we agreed and gave them 50 manat, then what would we bring home? Should our children die of hunger?! Let them give us a chance and we would work. They’re not opening workplaces, they’re turning the people who earn 5 or 10 manat into paupers. However we pay taxes, let them define the license, if we pay we still have to take care of our families. Ziya Məmmədov must give his resignation. They are torturing the people. At this moment 60 per cent of the country drives taxis. If they destroy taxis, the entire nation will stand up. Everyone is taking care of at least 4 or 5 people in his family. When we gather in one place you’ll see how much of the population will stay hungry,” said the divers in their protest. Where is the public’s public television (ITV)? The drivers complained about television channels not shedding light on their problems: “Where is the honest, precise, and unbiased ANS, where is AzTV which talks day after day about Azerbaijan’s flourishing, where are the nearly one million jobs that have opened that ATV talks about? Where is the “public’s” public television? Why have they disappeared? Where are they? If they are in bed with the government then they are accomplices in the people’s sorrow. “Resign”, “Freedom”, “Bear kebab eaters keep your hands off our money” Even though police came repeatedly to the ministry and declared that they supported clarifying the problem, the drivers answered that “Ziya Məmmədov himself should come and explain everything to us.” However, when they saw that something like this was not possible the taxi drivers began to shout the slogan “Resign”. After this the cooperative relationship between the demonstrators and the more than 100 police in the protest location intensified. The police clubs started trouble. Even though they wanted to move the drivers away from the area it was no use. Instead it created a traffic jam in the streets. The drivers began to shout the slogans “Freedom” and “Bear kebab eaters keep your hands off our money.” Even though the police wanted to drown out the chants of “Freedom” with loudspeakers this was also no use. Peace officers who were unable to control their tempers ultimately beat several people and when they wanted to put wounded and aggressive demonstrators in police cars by shoving them the drivers prevented it. After several attempts 3 people were arrested and were taken in an unknown direction. Seeing the infuriated condition of the crowd, the police requested that 10 people be chosen from the taxi drivers as representatives to meet with the leader of the ministry’s information service, Namiq Həsənov. Only three of them were allowed into the ministry. The protesters began to wait on the other part of the road for their comrades who were going to the meeting. The police stood against the protestors like a fence and stopped them from leaving to the road. Namiq Həsənov’s twofaced game Approximately half an hour later the drivers returned in good spirits: “We met with Namiq Həsənov. He says give him two days, let me talk with the minister and I will personally communicate with you on television. He says this law isn’t ours, it’s an order from above.” The drivers said that the message from the ministry is a lie. They decided to undertake another demonstration tomorrow. However the drivers felt, they still did it. Namiq Həsənov announced the exact opposite of what he said to the drivers in his explanation to “Azadlıq” radio. Even if the drivers’ demonstrations are ongoing, he underlined the fact that the decision is not to going to change. He stated that the raids begun by the Transportation Ministry with the Road Police against unlicensed taxis will be continued: “Only after taxi drivers get a license will they be able to operate. Whoever goes and takes a car from ‘London taxis’ that is not up to standard or a white car note made less than 5 years ago can operate after getting a license. Everyone is equal before the law, if we gave permission to illegal activities it would mean that the Transportation Ministry itself is engaging in illegal matters. Namiq Həsənov says that after this, individuals who want to offer taxi services must pay 150 manat for a 5-year license and nearly 30 manat per month for a distinct emblem and technical and physical examinations. Moreover, with their own money, drivers must install a navigation system and a meter. |
Monday, January 30, 2012
Drivers’ “Day of Rage” in Baku tərcüməsi - Bakıda sürücülərin “qəzəb günü” translation
This article appeared almost two weeks ago on the website of the opposition newspaper, Azadlıq. Taxi drivers are ubiquitous in Baku and the revenue that they generate supports many thousands of otherwise impoverished families in Baku. As is the case in many former Soviet countries, many taxi drivers that I met had advanced degrees in engineering and other technical fields but after the collapse of socialism their skills were devalued in favor of “modern” technocrats from Europe and the United States. With their jobs gone many men have turned to the only means of producing income at their disposal: their Soviet-era cars. The fact that so many drivers showed up to a demonstration signals to me that there are serious fractures in the social base that supports the Aliyev regime. It will be interesting to see how the government responds. I am uncertain about the portions highlighted in blue.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment