Mirmehdi Ağaoğlu
Bir anlıq təsəvvür edin. Günü sabah, ya da yox, elə bu dəqiqə Qarabağ müharibəsi başlayır. Orduya yararlı bütün kişilər könüllü, ya məcburi cəbhə bölgəsinə vuruşmağa gedirlər. Qadınlar şəfqət bacısı qismində, daha cəsurları isə əllərinə silah götürərək müharibə bölgəsinə yollanırlar.
Və facebook. Bu sosial şəbəkənin halını düşünün.
Təbii ki, bu 90-cı illərin başındakı müharibəyə heç bənzəməz. Hər kəsin əlində telefonu var. Olsun ki, cəbhə bölgəsində mobil telefonlardan istifadə məhdudlaşdırılacaq. Zirəklər bu qadağalardan qoruna biləcəklər. Bütün günü müharibə haqqında statuslar, müharibənin gedişindən xəbər verən bağlantılar, döyüş səhnələrini əks etdirən fotolar, vətənpərvərlik ruhunda mahnılar, videoroliklər. Profillərdə əli silahlı insan şəkilləri, erməni meyidinin sinəsinə ayağını basmış bir cavan, tankın üstündən boylanan qrup yoldaşımız, başı sarıqlı dostumuz, əlində metal boşqablar əsgərlərə yemək paylayan rəfiqəmiz. Daha nə cür şəkillər olacaq profil rəsmlərində? Uşaq vaxtı belə hekayələr çox eşidərdik. Filankəs ermənini əsir tutdu, aparıb dostunun qəbrinin üstündə başını kəsdi. Belə şeylər bir daha yaşanacaqsa, o zaman erməni əsirinin başının kəsildiyi şəkli təsəvvür edin. Şəklin altına yazılmış şərhlər.
Necə öygülər deyiləcək əli bıçaqlı o əsgərə, nə lənətlər yağdırılacaq qurbanlıq qoyun kimi xırıldayan erməni əsirinə!.. Döyüşlərin gedişatından xəbər verən statuslar. Mühasirədə olan əsgərlərin mühasirədə olduqlarını komandirlərdən daha tez xəbər tutacağıq.
Neçə əsgərin itirildiyini, neçə əsirin tutulduğunu, kimin sağ qalıb, kimin yaralandığını, kimin öldüyünü anında biləcəyik. Mühasirədən çıxa bilməyəcəyini anlayan əsgərin sevimli qadınının divarına yazdığı vida məktubu.
Sabahkı ölümcül döyüşə hazırlaşan komandirin silahını təmizlədikdən sonra səngərin nəm divarına söykənib oğlunun rəsminə son dəfə baxdıqdan sonra yazdığı mesaj. Və sözlə ifadə edilməyən, ulduzlu səmaya baxıb oğlu haqqında canlandırdığı xəyallar. Komandir o xəyallarda olmayacaq. Müharibədə şəhid olan bir facebook dostumuzun divarına yazılan başsağlığı mesajları. Onun soyuq bədəninin şəkli.
Fərarilik etmiş birinin divarına əsgər yoldaşları tərəfindən yazılmış və arxa cəbhədə olanların da dəstəklədikləri həqarət, söyüş dolu məktublar. Belə ehtimalları nə qədər istəsən yazmaq olar. Çox uzatmadan yazını nikbin notlarla bitirək.
Qızğın döyüşlərdən sonra azad olunmuş Ağdamın Boyəhmədli kəndinin şəkli. Əldən becid bir əsgərin məharəti. O ağır döyüşdən sonra nə qədər yorğun olsa da bu sevinci paylaşmağa imkan tapıb.
Döyüşdən sonrakı viranə kənd. Tüstülənən evlər.
Kəndə sancılmış Azərbaycan bayrağı.
Bir də belə bir şəklin altına yazılacaq şərhləri düşünün.
Ən bəsitini mən deyim: URAAAAAAAAAAAAAA!!!! | If the Karabakh War Began Mirmehdi Ağaoğlu Imagine for a moment. The day is tomorrow or another day and at this moment the Karabakh war begins. All able-bodied men go to the army to fight either as volunteers or as conscripts. Some women are sent out to war as nurses while the bolder ones take up arms. And Facebook. Think about the condition of this social network. Naturally, it won’t resemble the war of the early 90s at all. Everyone has a telephone in their hands. Using telephones on the front line will probably be limited. The clever ones will be able to get around this ban. All day there will be statuses about the war, connections giving news of the course of the war, photos reflecting scenes of fighting, songs and video clips in the spirit of patriotism. On profiles there will be pictures of highly armed people, a young man stepping on the chest of an Armenian corpse, a group of our comrades emerging from the top of a tank, our friend with a bandaged head, our female friend distributing food to soldiers with metal dishes in their hands. What other kinds of pictures will be on profiles? We have heard many stories like this in childhood. Someone captured an Armenian and took him to the grave of his friend and cut off his head. If things like this happen again then imagine the picture of a decapitated Armenian soldier. The comments written below the picture. How praises will be said to that soldier with his knife, what curses will be rained down on that Armenian prisoner gurgling blood like a sacrificial lamb!.. Statuses giving news on the progress of the fighting. We will get news faster from soldiers under siege than from the commanders undertaking the siege. We will know within minutes how many soldiers have gone missing, how many soldiers have been captured, who has remained healthy, who has been wounded, and who has been killed. A farewell letter written on the wall of a beloved woman from a soldier who knows that he won’t get out of a siege. A message written by a commander preparing for tomorrow’s deadly fight after cleaning his gun and leaning against the damp wall of a trench after looking for the last time at a picture of his son. And looking up at the starry sky without uttering any words the revitalizing visions of his son. The commander will not be a part of those visions. The messages of condolence being written on the wall of our Faebook friend who has been martyred in the war. A photograph of his cold body. The messages full of insults and curses written on the wall of a soldier who has deserted by his comrades and supported by those still behind the front lines. It's possible to write predictions like this. Without going on much more let's finish on an optimistic note. After the intense fighting pictures of liberated Ağdam and Boyəhmədli villages. The dexterity from the hand of a quick soldier. After the heavy fighting no matter how tired he is he will find a chance to share this joy. A village ruined after the fighting. The smoking houses. The Azerbaijani flag piercing a village. Think of the poems that will be written about a picture like this. In the most simple way I can say it: HURRRRAYYY!!!! |
Sunday, February 5, 2012
If the Karabakh War Began tərcüməsi - Qarabağ müharibəsi başlasa translation
This piece by Mirmehdi Ağaoğlu on the possibility of renewed fighting over the disputed region of Nagorno-Karabakh appeared recently on kulis.az. While the first part of the article seems to be arguing against the resumption of hostilities, the author ends on a nationalistic, pro-war note. This attitude is very prevalent among the generation too young to have experienced the horrors of the conflict firsthand. This article was one of the most viewed on the website last week. I am uncertain about the portions highlighted in blue.
Subscribe to:
Post Comments (Atom)
Uşaq vaxtı belə hekayələr çox eşidərdik.
ReplyDelete--> We used to hear many stories like this during our childhood.
Belə ehtimalları nə qədər istəsən yazmaq olar.
--> As many of this predictions as you want can be written (although this sounds awkward, if not totally wrong, in English).
Uşaq vaxtı belə hekayələr çox eşidərdik.
Delete--> I always thought that "we used to hear" would be eşidirdik. Is there just a slight difference in tone between the two? Thanks for commenting! Çox sağ ol!
Have several enable? Browse a lot of our Undergraduate Courses to receive more desirable academics effects. https://imgur.com/a/b4bIPWJ https://imgur.com/a/DFq5U88 http://bxorqh5o9j.dip.jp https://imgur.com/a/BsTTOZZ https://imgur.com/a/rpdQAvO https://imgur.com/a/4UGXVTu https://imgur.com/a/c1brrAe
ReplyDelete