Wednesday, January 18, 2012

Interview with Aslan İsmayılov English translation, part 2 - Aslan İsmayılov ilə müsahibə ingilis tərcüməsi, 2ci hissə


- Sizcə, bunun səbəbi nədir? Yəni, nədən gənclər daha çox şouya, konsertlərə maraq göstərirlər, amma ictimai-siyasi proseslərdə iştirak etmək istəmirlər?



- Bu, Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. Iyirmi il əvvəl belə deyildi. Indi daha çox mütilik, yaltaqlıq, əxlaqsızlıq müşahidə olunur, nəinki iyirmi il əvvəl. Hakimiyyət məqsədli şəkildə belə vəziyyət yaradıb. Çünki millətin müti, manqurt olmasını istəyir. Ona görə ki, belələrini idarə etmək asandır. Baxın, telekanalların hamısında şou gedir və insanlar məqsədli şəkildə əxlaqsızlığa sövq edilir. Televiziyalarda ictimai-siyasi proseslərin müzakirəsinə həsr olunmuş, hüquqi savadı artıran, maarifçilik xarakteri daşıyan bircə ciddi veriliş yoxdur. Hamısında ərə getmə, boşanma və s. bu kimi insanların əxlaqını pozan şoular nümayiş etdirilir.



ABŞ artıq başa düşüb ki, demokratiyadan gözəl heç nə yoxdur


- Amma hakimiyyətin baş ideoloqu Ramiz Mehdiyev də televiziyaları tənqid etdi...

- Mənim bu məsələ ilə bağlı bir köşə yazım çıxmışdı. Həmin yazı facebook səhifəmdə yerləşdirilib. Sərlövhəsi belə idi: “Başa düşmürəm”. Doğrudan da mən başa düşmürəm ki, Ramiz Mehdiyev kimə şikayət edir? Axı bütün bunlar hamısı onun əlindədir. Məncə, bu, məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil. Mən çəkinmədən həqiqəti deyirəm. Və bəyan edirəm ki, nə iqtidardayam, nə də müxalifətdə. Mənim hər iki cəbhəyə iradım var. Indiyə qədər mətbuata açıqlamadığım bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Allah rəhmət eləsin, mərhum Elmar Hüseynovla “Monitor”un ən güclü vaxtında bizim arzumuz var idi: Ictimai qurum yaratmaq. Bu qurumun qayəsi hakimiyyətə can atmaq deyil, istənilən hakimiyyətə müxalifətdə dayanmaq idi. Məqsədimiz yalnız milli maraqlara xidmət etmək idi. Təəssüf ki, bu arzumuzu reallaşdıra bilmədik. Amma mən özüm təklikdə bu mövqedəyəm. Mənim bu çıxışlarım vətəndaş mövqeyidir. Yeri gəlmişkən, bu fikirləri vəzifəlilər, hakimiyyətin dostları, varlı adamlar da danışır, amma gizli şəkildə. Mən isə bunu açıq şəkildə deyirəm. Istəyirəm, anlasınlar ki, bu siyasətlə, bu mövqe ilə ölkəni uçuruma aparırlar. Azərbaycanda “Ərəb baharı” yaşana bilər...



- Hakimiyyət nümayəndələri isə iddia edir ki, ərəb ölkələrində baş verənlərin Azərbaycana heç bir təsiri yoxdur və ola da bilməz. Hakimiyyət niyə özünə bu qədər əmindir, sizcə? 


- Əli Həsənovun, Siyavuş Novruzovun və digər iqtidar təmsilçilərinin “Ərəb ölkələrində baş verənlərin Azərbaycana aidiyyəti yoxdur, burda heç nə baş verməyəcək, boş şeylərdir” deməsi təsəllidən başqa bir şey deyil. Əslində bunu deyənlər ciddi şəkildə narahatdırlar, təlaş içindədirlər. Belə olmasa idi hakimiyyətin sözçüsü deputat Gülər Əhmədova “Azadlıq” radiosunda ciddi-cəhdlə hamıya sübut etməyə çalışmazdı ki, Liviya diktatoru Qəzzafi Ingiltərənin baş naziri Devid Kamerondan daha demokratik və müsbət adamdır.
Özləri də görürlər ki, dünyanın düzəni dəyişir. Dünyada söz sahibi olan ABŞ artıq başa düşüb ki, demokratiyadan gözəl heç nə yoxdur. Ona görə də avtoritar ölkələrdə demokratikləşmə proseslərinə start verilib. Guya Mübarək ABŞ-la müttəfiq deyildi? Guya Mübarəkə nə deyirdilərsə eləmirdi? Sadəcə gördülər ki, demokratiyasız nə sabitlik, nə də inkişaf ola bilər. Ona görə də Mübarəki qurban verdilər.






Azərbaycan iqtidarı yalnız və yalnız demokratik islahatlarla Mübarək hakimiyyətinin aqibətini yaşamaya bilər. Başqa heç bir yolla hakimiyyəti saxlamaq mümkün deyil. Mənim narahatlığım ondan irəli gəlir ki, Misirdə, Liviyada, Suriyada baş verən faciəvi hadisələr Azərbaycanda təkrarlana bilər. Hakimiyyət bunu başa düşməlidir. Mən əmin deyiləm ki, bu gün Ilham Əliyevə “ləbbeyk” deyən oliqarxlar kritik durumda onun yanında olacaqlar. Vəziyyət pisləşdikcə tək iqtidar-müxalifət qarşıdurması olmayacaq. Iqtidarın özündə bir neçə qüvvə əmələ gələcək ki, onların arasında da ölüm-dirim savaşı gedəcək. Və bu, Azərbaycanı fəlakətə aparacaq.



Mən milli burjuaziyanı müdafiə edirəm

- Aslan müəllim, Zülfüqarlı qardaşları ilə bağlı məsələ nə yerdədir?
  

-  Mənimlə bağlı müzakirələrdə fikir yürüdürlər ki, Aslan Ismayılov heç vaxt kasıbı müdafiə etməyib. Guya mən yalnız varlıları müdafiə edirəm. Hələ 2005-ci ildə Zülfüqarlı qardaşlarına vəkillik edəndə istintaqçılar iddia edirdi ki, Aslan Ismayılov bu şəxslərlə şərikdir. Guya onlara məxsus zavodun 30 faizi mənimdir. Hətta barəmdə cinayət işi başlayıb məni həbs etmək istəyirdilər. Indi də bəzi yerlərdə yazırlar ki, Aslan Ismayılov pula görə Zülfüqarlı qardaşlarını müdafiə edir. Xeyir, qətiyyən belə deyil. Facebook səhifəmdə yerləşdirdiyim bir çıxışım var. Həmin çıxışı 2005-ci ildə ANS telekanalında etmişəm. O zaman demişəm ki, sahibkarlıq sinfinin məhvi Azərbaycanı fəlakətə aparır. Baxın, bu gün Azərbaycan iqtisadiyyatı neftdən asılıdır. Büdcə təşkilatları neft gəlirləri hesabına saxlanılır. Sabah neft tükənsə, Azərbaycan iqtisadi fəlakətlə üzləşəcək. Heç maaşları verməyə pul olmayacaq.






Bütün bu dediklərimin Zülfüqarlı qardaşları ilə bağlı məsələyə ona görə dəxli var ki, bu şəxslər milli burjuaziyanın ləyaqətli təmsilçiləridir və onlara qarşı bu addımlar əslində ölkə iqtisadiyyatını məhv etmək deməkdir.


Mən məhz buna görə onlarla bağlı məsələni qabardıram. 


Bu adamlar işləməyi bacarırlar. Hara əl qoyublarsa, birinci olublar. “Poladtökmə”ni də, “Elektroştampı” da, “Xəzərboru”nu da birinci ediblər. Mən onları müdafiə edəndə heç “Xəzərboru” haqqında məlumatım yox idi. Yeri gəlmişkən, keçmiş SSRI məkanında belə bir zavod yoxdur. Bu zavodda istehsal edilən boruları biz qızıl qiymətinə Avropadan alırıq.


Beləliklə, mən əslində milli burjuaziyanı müdafiə edirəm. Digər tərəfdən bu adamlar ləyaqətli adamlardır. Başqaları kimi onlar da “minin belimizə, hansı ləyaqətsizliyi deyirsiniz edək” düşüncəsində deyillər.


Lakin hakimiyyətdə olan bir qrup adamın bir istəyi var: Heç kimdə pul olmamalıdır. Azərbaycanın idarə olunma prinsipi belədir: Pulu olan adam hakimiyyətin düşmənidir. Bu gün hakimiyyətdəki 3-5 oliqarx pulları bir əldə cəmləmək istəyir. Lakin bu pullar onların əlində qalsa, onda mən Aslan Ismayılov deyiləm.


Müxalifət artıq bir təşkilatda birləşməlidir


- Əminsiz ki, bu adamlar yığdıqları milyonları itirəcək?

- Əminəm. Bu adamların bir yolu var: vəzifədən getmək. Qeyd edim ki, Putinin dostu Ilham Rəhimov bu yaxınlarda müsahibəsində dedi ki, Rusiyada vəzifədə olan bir nəfər də oliqarx yoxdur. Mən isə deyirəm: Azərbaycanda vəzifədə olmayan oliqarx yoxdur.



Yeri gəlmişkən, mənim bu istiqamətdə təklifim var. Hesab edirəm ki, təcili olaraq, ən geci 2012-ci ildə Azərbaycanda növbədənkənar parlament seçkilərinə gedilməlidir. Ilham Əliyev azad və ədalətli seçkilərin qarantı olmalıdır. 2013-cü il prezident seçkiləri çox ağrılı seçki olacaq. Istər daxildən, istər xaricdən ölkədə aranı qarışdıracaqlar. Bu gün Azərbaycan artıq seçim qarşısındadır. Bu günə qədər hakimiyyət konyunktur balans siyasəti yürütməklə özünü qoruyurdu. Lakin artıq belə siyasət yerimir. Çünki Türkiyə bölgədə güc mərkəzinə çevrilib, ABŞ siyasətini dəyişib, Rusiyada hakimiyyətə Putin gəlir, əsas müttəfiqlərdən olan Israil dünyada təklənib. Artıq tələb qoyulur ki, mövqeyini açıq ifadə elə: Kimin yanındasan?! Ona görə də legitim parlament olmalıdır ki, Azərbaycanda prezident seçkilərində qarşıdurma yaranmasının önü alınsın.






- Siz inanırsız ki, Ilham Əliyev islahatlara gedəcək?

- Bu gün mən bu barədə qəti heç nə deyə bilmərəm. Amma 2005-ci ildə görüşüb söhbət edəndə mən ona inanırdım. Inandığıma görə 2010-cu ilə qədər onu səmimi şəkildə müdafiə etmişəm. Buna görə də sizlərin tənqidinə tuş gəlmişəm. Indisə islahat istəyib istəmədiyinə əmin deyiləm. Istəyirsə, indi fürsətdir. Müxalifət də artıq bir təşkilatda birləşməlidir. Mən hakimiyyətin yaratdığı “müxalifət” partiyalarını nəzərdə tutmuram, hansı ki, parlamentdə oturublar. Onlar müxalifət deyil. Əsasən tanıdığım AXCP, Müsavat və KXCP-dir. Bu partiyalar bir təşkilatda birləşməlidir.


- In your opinion, what is the reason for this? In other words, why do young people show a lot of interest in shows and concerts, and don’t want to participate in the public-political process?

This is the result of the policy pursued by the Azerbaijani regime. Twenty years ago it wasn’t like this. Now you can witness a lot more obedience, servility, and immorality, from only twenty years ago. The regime intentionally created this condition. Because it wants the nation to be obedient and stupid. For it is easy to govern people like this. Look, on all of the television channels there are shows and the people are being intentionally encouraged to immorality. There is not a single serious program on television devoted to discussions of the public-political process with the educational quality of increasing legal knowledge. On all of them they show programs on marriage, divorce, and people like this violating morality.

The USA already understands that there is nothing more beautiful than democracy

- But even the regime’s chief ideologue, Ramiz Mehdiyev, criticized television…

- The column I wrote on this issue has come out. The same writing was put on my Facebook page. The headline was like: “I don’t understand”. I truly don’t understand who Ramiz Mehdiyev is complaining to. After all everything is in his hands. In my opinion, this is nothing other than an attempt to evade responsibility. I am speaking the truth without holding back. And I am announcing that neither as a government supporter nor as a member of the opposition. I have criticisms for both fronts. I want to bring to your attention an issue that I haven’t until now opened to the media. God rest his soul, the wish of the late Elmar Hüseynov and I at the time of “Monitor’s” greatest strength was this: to build a public organization. The purpose of this organization was not to strive for governmental authority, but to stand in opposition to any government. Our goal was only to serve the national interests. Unfortunately we weren’t able to realize our wish. But I am alone in this position. My statements are the position of a citizen. By the way, officials, friends of the government, and wealthy people also express these ideas but in secret. I am just saying this openly. I want them to understand that with these politics and this position they are bringing the country to a precipice. An Arab Spring could emerge in Azerbaijan…

- However, representatives of the regime pretend that what is happening in Arab countries is having no influence whatsoever on Azerbaijan and never will. In your opinion, why is the regime so confident in itself?

- Əli Həsənov, Siyavuş Novruzov and other exponents of the ruling party saying “What is happening in Arab countries has nothing to do with Azerbaijan, nothing is going to happen here, they are frivolous things” is nothing other than consolation. Actually the people who say this are seriously worried, they are anxious inside. If this were not the case the government’s deputy spokesperson Gülər Əhmədova wouldn’t have tried strenuously to prove to everyone on Azadlıq radio that Libya’s dictator, Qaddafi, is a more democratic and positive person than England’s prime minister, David Cameron. They themselves see that the global field is changing. Keeping its word to the world, the USA already understands that there is nothing more beautiful than democracy. This has launched democratization processes in authoritarian countries. Wasn’t Mubarak supposedly the ally of the USA? Apparently whatever they were telling Mubarak they weren’t doing. They simply saw that without democracy there could be neither stability nor development. So they sacrificed Mubarak.


The Azerbaijani ruling party can really only avoid the fate of the Mubarak regime with democratic reforms. There is no other possible way to preserve the regime. My concerns come from this: the tragic events happening in Egypt, Libya, and Syria could be repeated in Azerbaijan. The government needs to understand this. I am not sure that the oligarchs who today say “Here I am, oh Lord” to Ilham Əliyev are going to be by his side during a period of crisis. As the situation worsens it is not just going to be a confrontation between the ruling party and the opposition. In the ruling party itself several forces are going to come to action so that there will be a life-and-death struggle between them. This will destroy Azerbaijan.

I am defending the national bourgeoisie

- Mr. Ismayilov, what is the status of the isues connected with the Zülfüqarlı brothers?

- In discussions connected to me, the idea is being put forward that Aslan Ismayilov never defends poor people. As though I only defend the wealthy. In 2005 while I was representing the Zülfuqarlı brothers the investigators pretended that Aslan Ismayilov was these individuals’ accomplice. As if 30% of the factory that belongs to them were mine. They had even begun criminal proceedings on me because they wanted to arrest me. Even now they write in some places that Aslan Ismayilov is defending the Zülfüqarlı brothers for money. No, it’s absolutely not like that. I have a statement that I’ve placed on my Facebook page. I made the same statement in 2005 on the ANS television station. At that time I said that the destruction of the property-owning class is bringing Azerbaijan to catastrophe. Look, today Azerbaijan’s economy depends on oil. Oil revenues are being kept in the accounts of budgetary organizations. Tomorrow if the oil runs out, Azerbaijan will face an economic catastrophe. There won’t be any money to pay any salaries.

Everything that I’ve said concerning the issues connected with the Zülfüqarlı brothers – these individuals are decent representatives of the national bourgeoisie and these steps against them are actually ruining the country’s economy.

I bristle at precisely this issue connected with them.

These people are able to work.  Wherever they have put their hands they have been first. They made “Poladtökmə,” Elektroştamp,” “Xəzərboru” first. When I was defending them I had no information about “Xəzərboru.” By the way, there is no factory like it anyway in the former Soviet countries.  The pipes that are produced in this factory we buy for the price of gold from Europe.

So I’m actually defending the national bourgeoisie. Moreover these people are decent people. They are not like others in their thinking, “what sort of indecency would you say on the backs of thousands”.


But in this regime there is one group of people who have one desire: no one else should have any money. The ruling principle of Azerbaijan is this: people who have money are the enemy of the government. Today the 3-5 oligarchs in the government want to accumulate all money in one hand. But if this money stays in their hands then I am not Aslan Ismayılov.

The opposition now needs to unite in one organization


- Are you sure that these people will lose the millions that they have amassed?

- I’m sure. These people have one option: to leave their positions. I should remark that Putin’s friend Ilham Rəhimov recently said in an interview that in Russia there is not a single oligarch with a position. I would say however, that in Azerbaijan there isn’t a single oligarch without a position.

By the way, I have a proposal in this direction. I think that it must be brought together urgently at the latest before the 2012 extraordinary parliamentary elections. Ilham Əliyev must guarantee free and fair elections. The presidential elections in 2013 are going to be very painful elections. Either from the inside or from the outside they are going to stir up the interval in the country. Today Azerbaijan is already facing a choice. Up until today the regime has been protecting itself by pursuing a politics of conjunctural balance. But this type of politics is already not working. Because Turkey has been turned into a center of power on one side, the USA’s politics have changed, Putin is coming to power in Russia and Israel is being isolated from its essential allies in the world. Already it’s being demanded that positions be expressed openly: whose side are you on?! Because of this there must be a legitimate parliament so that in the Azerbaijani presidential elections it results in the creating of a front for the opposition.

- Do you think that Ilham Əliyev will go ahead with reforms?

- Today I can’t say anything decisive about this. But when I met him and spoke with him in 2005 I believed him. Because of what I believed I have sincerely defended him until 2010. Because of this I’ve come to your critique. Now I’m not sure whether he wants or doesn’t want reform. If he wants it, now is a good opportunity. The opposition must also unite in one organization. I don’t mean the “opposition” parties that are created by the regime, those that have sat in parliament. They aren’t the opposition. Basically those that I recognize are the AXCP, Müsavat and KXCP. These parties must unite in one organization.


No comments:

Post a Comment