Friday, September 2, 2011

'Who is consuming the oil money?" translation - "Neft pullarını kimlər yeyir?" tərcüməsi


This article was published on August 20 at azadliq.az.  While the author does not cite specific sources it is quite apparent to most people in Baku that the current construction boom in Baku is largely an attempt to transfer public money from the State Oil Fund into the private hands of oligarchs.  I am uncertain about the blue portions of my translation.  The use of the first person plural (biz) is confusing for me.  Is this an idiomatic usage that I don’t understand?

Neft pullarını kimlər yeyir?
Who is consuming the oil money?

«Ziya Məmmədovla Cavid Qurbanov yollarda 1 mlrd. 523 mln manat, binaları qaşıyan Əli Əsədovla Hacıbala Abutalıbov isə 500 mln. manat pul yeyib»
“Javid Qurbanov with Ziya Mammadov has consumed  1 billion 523 million manats (1 billion 938 million USD) in roads, while Hajibala Abutalıbov with Alia Asadov who scrape buildings have consumed 500 million manats (636 million USD).”

Son beş ildə hökumət investisiya xərcləri adı altında Dövlət Neft Fondundan xeyli pul silib. Binaların fasadlarının ağardılması, bir yolun bir neçə dəfə çəkilməsi, eyni körpünün dəfələrlə təmir edilməsi Neft Fonduna 15 mlrd. manata başa gəlib.
Over the last five years the government has wiped out significant amounts of money from the State Oil Fund under the name of investment expenses.  Cleaning building facades, building one road several times, and repairing the same bridge multiple times have cost the Oil Fund 15 billion manats (19 billion USD).

Reallaşdırılan layihələrin hamısının dəyəri şişirdilib. Bunun üçün rəsmi statistikaya baxmaq kifayətdir. Məsələn, 2011-ci ildə Azərbaycan dövlət büdcəsindən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə 747 mln. manat, Bakı-Quba-Rusiya dövlət sərhəddi avtomobil yolunun yenidənqurulması layihəsində Azərbaycan tərəfinin payına 625 mln. 720.2 min manat, “Əzizbəyov” metro stansiyası dairəsindən Bakı Beynəlxalq Aeroportuna gedən avtomobil yolunun layihələndirilməsi, tikintisi (cəmi 14 km), tikinti zolağına düşən mühəndis xətlərinin köçürülməsinə  360 mln. 499.6 min manat, Qusar rayonunda turizm infrastrukturunun layihə-smeta sənədlərinin hazırlanması və tikintisi üçün 279 mln. 600 min manat, Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət yolu üzrə yenidən qurulması üçün 250 mln manat, Bakı şəhərində Heydər Əliyev adına mərkəzin tikintisi üçün 4 il ərzində (2007-2010) 171 mln 256 min manat, Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində (“Əzizbəyov” metro stansiyası dairəsi) yol qovşağının tikintisi, tikinti zolağına düşən mühəndis xətlərinin və tikililərin köçürülməsi üçün 147 mln. 191.3 min manat xərclənib. 
The cost of implementing all of the projects was inflated.  For this it is sufficient to look at official statistics.  For example, in 2011 747 million manats (950 million USD) was spent from the Azerbaijan state budget on the construction of the Oghuz-Qebele-Baku water pipeline; 650 million 720 thousand manats (827 million 888 thousand USD) was spent on the Azerbaijani portion for the reconstruction project of the Baku-Quba-Russia state border automobile road; 360 million 499 thousand manats (458 million 650 thousand USD) was spent on planning, construction (14 km in total), and moving the utility lines to the construction site of the automobile road going from the circle around “Azizbeyov” metro station to Baku International Airport; 279 million 600 thousand manats (355 million 680 thousand USD) was spent on the preparation of documents for the draft-estimation and for the construction of tourism infrastructure in the Qusar region; 250 million manats (318 million USD) for the reconstruction of the existing Heydar Aliyev-Mardakan circle-Bilgeh automobile road into a (19 km) 6-lane highway; 171 million 256 thousand manats (217 million 883 thousand USD) were spent over four years (2007-2010) on the construction of the Heydar Aliyev Center in the city of Baku; 147 million 191 thousand manats (187 million 266 thousand USD) were spent on the construction of the junction at the intersection of Heydar Aliyev Avenue and Ziya Bunyadov Avenue (“Azizbeyov” metro station circle) and for the moving of utility lines and construction material to the construction site.

Bundan əlavə, təmir işləri adı ilə də böyük miqdarda vəsaitlər mənimsənilib. Misal üçün, dövlət büdcəsindən təmir xərcləri üzrə Heydər Əliyev sarayının binasında təmir-yenidənqurma işləri üçün 49 mln. 681 min manat, Bakıda Səadət Sarayının bərpası üçün 42 mln 887.6 min manat, Akademik Milli Dram Teatrının təmir-bərpa və yenidənqurma işləri üçün 31 mln 570 min manat, Nizami kinoteatrının binasının təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması və bərpa-yenidən qurma işləri üçün 25 mln. manat xərclənib.
Moreover, under the cover of repairs a large quantity of resources has also been appropriated.  For example, 49 million 681 thousand manats (63 million 207 thousand USD) have been spent from the state budget for repairs and rebuilding of the Heydar Aliyev palace building, 42 million 887 thousand manats (54 million 564 thousand USD) for the restoration of the Palace of Happiness in Baku, 31 million 570 thousand manats (40 million 165 thousand USD) for the repair-restoration and reconstruction of the National Academic Drama Theater, and 25 million manats (32 million USD) for preparing draft-estimate documents for repair-restoration works for the Nizami movie theater building.

Bu siyahını uzatmaq olar. Ancaq bir neçə misal pulların necə mənimsənildiyini sübut etmək üçün kifayət edir. Müstəqil iqtisadçıların hesablamaları bu layihələrin xeyli ucuz başa gəldiyini göstərir. Yolun bir kilometrinin 25 mln. manata başa gəldiyini, yaxud eyni binaların hər il qaşınmasını, ağardılmasını göstərmək kifayətdir. Hələ bu yolların, onların üzərində tikilən körpülərin qısa müddətdən sonra sıradan çıxdığını və onların bərpası üçün əlavə vəsaitlərin ayrıldığını demirik. 
This list could be lengthened.  Only a few examples are sufficient to prove how this money is being appropriated.  The calculations of independent economists show that these projects cost significantly less.  It is sufficient to show that one kilometer of road or scraping and whitewashing a building every year cost 25 million manats (32 million USD).  We are not suggesting that these roads and the bridges being built to them have deteriorated after a short time and the separation of additional resources will be required for their restoration.

Göstərilən işləri həyata keçirən də şübhəsiz ki, məmurlardır. Konkret olaraq, yolların tikintisinə nəqliyyat naziri Ziya Məmmədov və “Azəryolservis” MMC-nin rəhbəri Cavid Qurbanov, təmir və yenidənqurma işlərinə isə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və prezidentin köməkçisi Əli Əsədov nəzarət edir. Daha doğrusu, həmin sahəyə ayrılan vəsaitlərin xərclənməsinə birbaşa bu şəxslər cavabdehdir. Qısa hesablama aparıb onların korrupsiya yolu ilə dövlətin nə qədər puluna sahib çıxdığını aydınlaşdırmaq istədik. Məlum oldu ki, ancaq yuxarıda göstərilən işlərə nəqliyyat naziri Ziya Məmmədovla “Azəryolservis” rəhbəri Cavid Qurbanov 1 mlrd. 523 mln manat, təmir-yenidənqurma işlərinə rəhbərlik edən prezidentin köməkçisi Əli Əsədovla paytaxt meri Hacıbala Abutalıbov isə 500 mln. manatdan artıq pul silib. Bu, yalnız dörd nəfərin xərclədiyi vəsaitlərdir. Bu hesaba 747 mln. manatı yuyub aparan Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, həmçinin ilki layihə dəyəri 279 mln. 600 min manat olan, ancaq bu rəqəmin artacağı gözlənilən Qusar rayonundakı turizm mərkəzinin tikintisi daxil deyil. Şübhəsiz bu layihələri həyata keçirən dövlət qurumlarının rəhbərləri də oradan öz payını götürəcək. Bəlkə də artıq götürüb. 
It is also doubtless that the people who are materializing the aforementioned works are officials.  Specifically, the minister of transportation, Ziya Mammadov and the leader of “Azeriyolservis,” Javid Qurbanov supervise the construction of roads while the chief of the Baku city executive authority, Hajibala Abutalibov and the assistant to the president, Ali Asadov supervise the repair and reconstruction works.  Thus, these people are responsible for spending separate resources on the very same area.  We wanted to clarify how much state money was arrogated through their corruption by doing some brief accounting.  It is clear that the transportation minister, Ziya Mammadov along with the leader of “Azeriyolservis,” Javid Qurbanov have erased 1 billion 523 million manats (1 billion 937 million USD) only on the above mentioned works while the mayor of the capital, Hajibala Abutalibov with the assistant to the president, Ali Asadov, have erased more than 500 million manats (636 million USD) on repair-reconstruction works.  These are only the resources spent by four individuals.  This account does not include the 747 million manats (950 million USD) laundered on the construction of the Oghuz-Qebele-Baku water pipeline, nor the 279 million 600 thousand-manat (355 million 680 thousand USD) cost (which is expected to increase) of the initial draft for the construction tourism center for the Qusar region.  Without a doubt the leaders of the state organizations who are materializing these projects will take a share for themselves.  We wonder if they have already taken it.

No comments:

Post a Comment