İlqar Rəsul Martın 1-də Qubada kütləvi etiraz aksiyası keçirildi. Özlərini təhqir olunmuş hesab edən rayon sakinləri dövlət qurumlarına tabe olmayıb əvvəl icra hakimiyyətinin binasının bir hissəsini, sonra da icra başçısı Rauf Həbibovun şəhərdəki və kənddəki evlərini yandırdılar. Etirazçıların əsas hissəsi-minlərlə insan başçının şəhərin Heydər Əliyev prospektindəki evinin qarşısına toplaşmışdılar. Ərazidə kifayət qədər daxili qoşunlar və polis olsa da onlar əsasən baş verənləri müşahidə etməklə kifayətlənirdilər. Etirazçılar həyətdəki yarımçıq tikililərin, hasarların üstünə çıxıb «Azadlıq», «İstefa», «Quba» və sair şüarlar səsləndirirdilər. Yanan evin tüstüsü ətrafı götürmüşdü. Bir qrup gənc icra başçısının həyətində hələ tikilib qurtarmamış yeni evin üstünə qalxaraq ora Azərbaycanın bayrağını sancdılar. Onlar bunu öz qələbələrinin təsdiqi kimi dəyərləndirirdilər. POLİSİN MÜŞAHİDƏÇİLİYİ... Aşağıda isə daxili qoşunlar və polis əhalini odda yanmaqdan, mümkün partlayışda xəsarət almamaqdan qorunmağa çağırırdılar. Başqa heç nə. Adətən istənilən aksiyanı uğurla dağıdan Azərbaycanın güc strukturları burada nədənsə öz bacarıqlarını nümayiş etdirmirdilər. Halbuki, aksiyanı dağıtmaq üçün onların ciddi əsasları var idi. İcra başçısının evi getdikcə daha çox alovlanır, qonşu evləri də təhlükəyə məruz qoyurdu. Eləcə də minlərlə etirazçının başqa radikal qərarlar qəbul edə biləcəkləri də istisna deyildi. Amma nəinki aksiyanı dağıtmağa, heç yanan evi söndürməyə də ciddi cəhd edilmirdi. Hasarın üstündə Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı gözə dəyirdi. Onlar da arada bir evdən qalxan alova bir az su vurduqdan sonra dayanıb nəsə düşünürdülər. Bir sözlə, polis və digər strukturlar camaatla birgə dayanıb evin necə yandığını seyr edirdilər. Ərazidə yanğınsöndürən maşınlar yox idi. Sakinlər deyirdilər ki, bir qrup etirazçı küçənin başında yolu kəsib yanğınsöndürən maşınları ora buraxmır. ...HƏRƏKƏTSİZ ƏSGƏRLƏR Amma nədənsə yanğınsöndürən maşınların buraxılmadığı əraziyə aksiyada saxlanıla biləcək adamların yığılması üçün nəzərdə tutulan xüsusi avtobuslar çox asanlıqla daxil olub öz zamanlarını gözləyirdilər. Bir neçə saatdan sonra artıq aksiya iştirakçıları səkiyə qədər kənarlaşdırılmışdılar. Bayaqdan şüarlar qışqıran, icra başçısının evinin əşyalarını çıxardıb küçəyə tökən kütlə, indi yolun kənarında-səkidə müşahidəçi mövqeyində dayanmışdı. Aksiya iştirakçılarının qarşısında düzülmüş qalxanlı, dəyənəkli əsgərlərdən başqa küçə boyu düzülən maşınlarda da yetərincə əsgər var idi. Amma hamısı hərəkətsiz. Rayonda internet işləmirdi. Hansı internet kluba baş çəkdimsə, ya bağlı idi, ya da şəbəkə yox idi. Niyə belə olduğunu soruşanda deyirdilər ki, dünən axşamdan-yəni aksiyadan bir gün əvvəldən internet yox dərəcəsindədir. Eyni sözü mənə internet kursları təşkil olunan ofislərdə də dedilər. POLİSİN XƏBƏRDARLIĞI Bir neçə saat sonra artıq icra başçısının evinin yanmasını seyr etməkdən yorulmuş aksiya iştirakçılarının böyük bir hissəsi Quba rayon polis şöbəsinə tərəf axışdı. Xeyli məsafə qət etməli olan aksiya iştirakçılarına yenə də heç kim mane olmurdu. Daxili qoşunların əsgərlərini daşıyan hərbi maşınlar sakitcə onların ardınca eyni istiqamətdə gedirdilər. Yenə də müşahidəçi qismində. Əhali polis şöbəsinə səhər aksiya zamanı saxlanılanları azad etmək üçün gedirdi. Getdilər, çatdılar və tələblərini də dedilər. Onları qarşılayan polis şöbəsinin yüksək rütbəli əməkdaşları əvvəl dağılışmalarını xahiş etsələr də, sonradan etirazçılara ciddi xəbərdarlıq da etdilər: «Ağlınız İcra Hakimiyyətinin binasına, yaxud başçının evinə getməsin. Bura bizim evimizdi, artıq hərəkət olsa, hamınızı bir -bir yığıb içəri salacağıq». Aydın görünürdü ki, polis etirazçılarla istədiyi vaxt xahiş, istədiyi vaxt tələblə danışa bilir. CAVABSIZ SUALLAR Onu da deyim ki, belə situasiyalarda bir sıra suallar cavabsız qalırdı: Doğrudanmı Qubada ilk baxışdan göründüyü kimi vəziyyət nəzarətdən çıxmışdı, ya əhali lazım gəldikdə idarə edilə bilirdi? Şəhərdə heç bir xüsusi vəziyyət hiss olunmur, hansısa postlar gözə dəymirdi. Halbuki, aksiya ilə bağlı şəhərə kənardan xeyli qüvvə cəlb olunduğu göz qabağında idi və bu proses davam edirdi. Polis şöbəsinin yaxınlığında aksiyaya qarşı qoyulacaq maşın, texnika da yetərincə idi. Və sonradan məhz onların vasitəsilə etirazçıları polis şöbəsinin yaxınlığında istənilən məsafəyə qədər uzaqlaşdırdılar da. Bütün bunların fonunda mediaya mümkün qədər şərait yaradılır, çəkilişlərə mane olunmurdu. NİYƏ ZİYA MƏMMƏDOV? Aksiya iştirakçıları, eləcə də polisin dilindən arabir deputat Vahid Əhmədovun və nəqliyyat Naziri Ziya Məmmədovun adları eşidilirdi. Hər iki şəxsin rayonda olduğunu bilməyən yox idi. Amma bu məsələ də xarakter etibarı ilə açıq qalan sualların sayını artırırdı: Əgər Vahid Əhmədov Qubadan deputat seçildiyi üçün belə bir vaxta özünü rayona çatdırmışdısa, bəs nəqliyyat naziri Ziya Məmmədov hansı səbəbdən orada idi? Hansı rəsmi əsasla nazir Qubada baş verənlərə səbəb olan hadisəyə görə əhalidən üzr istəyirdi? Axı camaatın dediyinə görə, onları icra başçısı təhqir etmişdi. Nədən prezident belə bir qısa zamanda Quba rayon icra başçısını vəzifəsindən azad etdi? Axı ölkənin digər rayonlarının da icra başçılarından yetərincə narazılıqlar var. QUBALILARI MEYDANA ÇIXARAN AMİL Qubalılar deyirdilər ki, onların heysiyyəti ilə oynamaq olmaz. Hökumət vətəndaşına sahib çıxmasa xalq özü məsələni çözəcək. Doğrudanmı hakimiyyət Qubada geri çəkildi? Qubalılar həmin gün öz bayraqlarını-yəni Azərbaycanın bayrağını icra başçısının evinin üstünə sancmaq istədilər və sancdılar. Maraqlıdır, görəsən bunu bacarmaqda onlara kömək edən hansı amil idi? İcra başçısının işlətdiyi ifadələr, istənilən vaxt sıradan çıxardıla bilən internet, polis şöbəsinin qarşısından kənarda aksiyaçılarla mülayim davranan polis, ya illərdir yığılıb qalan sosial problemlər? Amma hansı səbəbdən olursa olsun, martın birində Qubada kimin qalıb, kimin gedəcəyini hakimiyyət yox, yerli əhali diqtə edirdi... Yəni sakinlər açıqca deyirdi ki, icra başçısı vəzifəsindən getməsə sakitləşən deyillər. Və sonda belə də oldu... | The Quba protests the day after İlqar Rəsul On March 1 a mass protest took place in Quba. Residents of the region who considered themselves insulted disobeyed state agencies and set on fire a portion of the executive authority building as well as the city and country homes of the governor, Rauf Həbibov. The majority of the protestors gathered by the thousands across from the governor’s city home on Heydər Əliyev Avenue. Even though there were enough internal affairs officers and police they settled for being witnesses to the events. The protestors climbed on top of the walls and the half-finished construction and shouted slogans of “Freedom,” “Resign,” and “Quba.” The smoke of the burning building could be seen in the vicinity. One group of young people planted an Azerbaijani flag on top of the still unfinished new house inside the courtyard. They assessed this as confirmation of their own victory. THE POLICE OBSERVE... At this point the internal affairs officers and police were called in to prevent possible injuries in the outburst and to prevent the area from being set on fire. Nothing else. Normally Azerbaijan’s overwhelming structures of force have successfully concealed their dexterity during any protest Nevertheless, they had serious grounds to disperse the action. The more the governor’s house burned, the more it imperiled the houses of neighbors. The thousands of protestors could have also decided to use other radical means. But not only did they not disperse the protest they also did not attempt to extinguish the burning houses. Two executives from the Ministry of Emergency Situations could be seen on top of the walls. Occasionally, after tossing some water on the fire rising from one house they would stop and think about something. With one word, the police and other structures united with the crowd stopped and contemplated how the house was burning. There were no firetrucks in the area. The residents said that a group of protestors at the end of the street blocked the road and would not allow the firetrucks through. ... SOLDIERS WITHOUT ACTION But special buses for transporting protestors arrested at the protest easily entered the area where the firetrucks weren’t allowed and were waiting their own time. Only after several hours were the protestors moved onto the sidewalks. The crowd which was shouting slogans and throwing things from the governor’s house into the street now took up positions as observers on the sidewalk. In addition to the soldiers armed with clubs and shields lining up against the protestors there were plenty of soldiers in the trucks along the street. However, all of them did nothing. The internet was not working in the region. Every internet club I visited was either closed or there was no internet. When I asked why it was like this they said that there has been no internet since yesterday evening – the day before the protest. They told me the same thing at the offices of organizations offering internet courses. THE POLICE'S WARNING After several hours of getting tired of looking at the governor’s house burning, a large portion of the protestors spilled over to the Quba regional police station. Again the protestors overcame a signficant distance and no one stopped them. The military vehicles carrying internal affairs soldiers were quietly following them in the same direction. Again only as observers. The citizenry was going to the police station to free the people who had been arrested during the morning protest. They went, arrived, and made their demands. Before the superior police officers opposing them asked them to disperse they gave the protestors a grave warning: “This is not the same as the governor’s house or office. Don’t mess with us. This is our house, if something goes wrong we will arrest all of you and hang you up by your guts.” It seemed clear that the police can make either polite requests or demands whenever they want. UNANSWERED QUESTIONS Let me say that in situations like these one type of questions remain unanswered: Is it true that the situation was as it seemed at first glance, that control was lost in Quba or was it that the population was being controlled? One didn’t sense any special conditions in the city, nor were security posts visible. Nevertheless, it was evident that significant forces from outside of the city were engaged in the protest and that this process was continuing. The equipment and the vehicles placed against the protest were sufficient in the areas surrounding the police station. And afterward even with these means they still stayed far away from the protestors near the police station. In the background decent conditions were created for the media and they did not prevent filming. WHY ZİYA MƏMMƏDOV? The names of the occasional deputy Vahid Əhmədov and Transportation Minister Ziya Məmmədov could be heard coming from the mouths of the protestors and the police. Everyone knew that these two were in the region. But this problem with the character of their honor also increased the number of questions that remain open: If Vahid Əhmədov made sure to be in the region during a time like this then why was the transportation minister, Ziya Məmmədov, there? On what official basis did the minister ask for apologies from the population for the causes of the events happening in Quba? After all, according what the crowd said it was the governor who had insulted them. What caused the president to dismiss the governor of the Quba region in such a short period of time? After all, there are sufficient complaints about the governors of other regions of the country. THE FACTOR THAT PROVOKED THE PEOPLE OF QUBA People from Quba were saying that no one could play with their dignity. If the government does not declare itself the supporter of its citizens the people themselves will solve the problem. Is it true that the authorities retreated in Quba? People from Quba wanted to raise their own flag, in other words, the flag of Azerbaijan, on top of the governor’s house and they raised it. It’s interesting, I wonder what factor helped them in being able to do this? The expressions that the governor used, the internet that can be taken down at any time, the police that treated the protestors near the police station so mildly, or the years of unresolved social problems? But whatever the cause, on March 1 the local population of Quba and not the government decided who would stay and who would go… In other words, the residents were openly saying that if the governor didn’t step down they would not be pacified. And in the end that’s what happened… |
Saturday, March 3, 2012
The Quba protests the day after tərcüməsi - Quba etirazları barədə bir gün sonra translation
This article appeared on azadliq.org yesterday. It is a firsthand account of the protests that broke out in Quba after the governor of the province called the citizens of Quba traitors in a clip that was posted to youtube. Thousands of protestors gathered and burnt down Rauf Həbibov's two private homes, one of which was still under construction, as well as his official headquarters. The governor was subsequently sacked by President Aliyev. It remains to be seen what political significance the protests will have on the rest of the country. Thus far things seem quiet. The portions I am uncertain about are highlighted in blue.
Sunday, February 5, 2012
If the Karabakh War Began tərcüməsi - Qarabağ müharibəsi başlasa translation
This piece by Mirmehdi Ağaoğlu on the possibility of renewed fighting over the disputed region of Nagorno-Karabakh appeared recently on kulis.az. While the first part of the article seems to be arguing against the resumption of hostilities, the author ends on a nationalistic, pro-war note. This attitude is very prevalent among the generation too young to have experienced the horrors of the conflict firsthand. This article was one of the most viewed on the website last week. I am uncertain about the portions highlighted in blue.
Mirmehdi Ağaoğlu
Bir anlıq təsəvvür edin. Günü sabah, ya da yox, elə bu dəqiqə Qarabağ müharibəsi başlayır. Orduya yararlı bütün kişilər könüllü, ya məcburi cəbhə bölgəsinə vuruşmağa gedirlər. Qadınlar şəfqət bacısı qismində, daha cəsurları isə əllərinə silah götürərək müharibə bölgəsinə yollanırlar.
Və facebook. Bu sosial şəbəkənin halını düşünün.
Təbii ki, bu 90-cı illərin başındakı müharibəyə heç bənzəməz. Hər kəsin əlində telefonu var. Olsun ki, cəbhə bölgəsində mobil telefonlardan istifadə məhdudlaşdırılacaq. Zirəklər bu qadağalardan qoruna biləcəklər. Bütün günü müharibə haqqında statuslar, müharibənin gedişindən xəbər verən bağlantılar, döyüş səhnələrini əks etdirən fotolar, vətənpərvərlik ruhunda mahnılar, videoroliklər. Profillərdə əli silahlı insan şəkilləri, erməni meyidinin sinəsinə ayağını basmış bir cavan, tankın üstündən boylanan qrup yoldaşımız, başı sarıqlı dostumuz, əlində metal boşqablar əsgərlərə yemək paylayan rəfiqəmiz. Daha nə cür şəkillər olacaq profil rəsmlərində? Uşaq vaxtı belə hekayələr çox eşidərdik. Filankəs ermənini əsir tutdu, aparıb dostunun qəbrinin üstündə başını kəsdi. Belə şeylər bir daha yaşanacaqsa, o zaman erməni əsirinin başının kəsildiyi şəkli təsəvvür edin. Şəklin altına yazılmış şərhlər.
Necə öygülər deyiləcək əli bıçaqlı o əsgərə, nə lənətlər yağdırılacaq qurbanlıq qoyun kimi xırıldayan erməni əsirinə!.. Döyüşlərin gedişatından xəbər verən statuslar. Mühasirədə olan əsgərlərin mühasirədə olduqlarını komandirlərdən daha tez xəbər tutacağıq.
Neçə əsgərin itirildiyini, neçə əsirin tutulduğunu, kimin sağ qalıb, kimin yaralandığını, kimin öldüyünü anında biləcəyik. Mühasirədən çıxa bilməyəcəyini anlayan əsgərin sevimli qadınının divarına yazdığı vida məktubu.
Sabahkı ölümcül döyüşə hazırlaşan komandirin silahını təmizlədikdən sonra səngərin nəm divarına söykənib oğlunun rəsminə son dəfə baxdıqdan sonra yazdığı mesaj. Və sözlə ifadə edilməyən, ulduzlu səmaya baxıb oğlu haqqında canlandırdığı xəyallar. Komandir o xəyallarda olmayacaq. Müharibədə şəhid olan bir facebook dostumuzun divarına yazılan başsağlığı mesajları. Onun soyuq bədəninin şəkli.
Fərarilik etmiş birinin divarına əsgər yoldaşları tərəfindən yazılmış və arxa cəbhədə olanların da dəstəklədikləri həqarət, söyüş dolu məktublar. Belə ehtimalları nə qədər istəsən yazmaq olar. Çox uzatmadan yazını nikbin notlarla bitirək.
Qızğın döyüşlərdən sonra azad olunmuş Ağdamın Boyəhmədli kəndinin şəkli. Əldən becid bir əsgərin məharəti. O ağır döyüşdən sonra nə qədər yorğun olsa da bu sevinci paylaşmağa imkan tapıb.
Döyüşdən sonrakı viranə kənd. Tüstülənən evlər.
Kəndə sancılmış Azərbaycan bayrağı.
Bir də belə bir şəklin altına yazılacaq şərhləri düşünün.
Ən bəsitini mən deyim: URAAAAAAAAAAAAAA!!!! | If the Karabakh War Began Mirmehdi Ağaoğlu Imagine for a moment. The day is tomorrow or another day and at this moment the Karabakh war begins. All able-bodied men go to the army to fight either as volunteers or as conscripts. Some women are sent out to war as nurses while the bolder ones take up arms. And Facebook. Think about the condition of this social network. Naturally, it won’t resemble the war of the early 90s at all. Everyone has a telephone in their hands. Using telephones on the front line will probably be limited. The clever ones will be able to get around this ban. All day there will be statuses about the war, connections giving news of the course of the war, photos reflecting scenes of fighting, songs and video clips in the spirit of patriotism. On profiles there will be pictures of highly armed people, a young man stepping on the chest of an Armenian corpse, a group of our comrades emerging from the top of a tank, our friend with a bandaged head, our female friend distributing food to soldiers with metal dishes in their hands. What other kinds of pictures will be on profiles? We have heard many stories like this in childhood. Someone captured an Armenian and took him to the grave of his friend and cut off his head. If things like this happen again then imagine the picture of a decapitated Armenian soldier. The comments written below the picture. How praises will be said to that soldier with his knife, what curses will be rained down on that Armenian prisoner gurgling blood like a sacrificial lamb!.. Statuses giving news on the progress of the fighting. We will get news faster from soldiers under siege than from the commanders undertaking the siege. We will know within minutes how many soldiers have gone missing, how many soldiers have been captured, who has remained healthy, who has been wounded, and who has been killed. A farewell letter written on the wall of a beloved woman from a soldier who knows that he won’t get out of a siege. A message written by a commander preparing for tomorrow’s deadly fight after cleaning his gun and leaning against the damp wall of a trench after looking for the last time at a picture of his son. And looking up at the starry sky without uttering any words the revitalizing visions of his son. The commander will not be a part of those visions. The messages of condolence being written on the wall of our Faebook friend who has been martyred in the war. A photograph of his cold body. The messages full of insults and curses written on the wall of a soldier who has deserted by his comrades and supported by those still behind the front lines. It's possible to write predictions like this. Without going on much more let's finish on an optimistic note. After the intense fighting pictures of liberated Ağdam and Boyəhmədli villages. The dexterity from the hand of a quick soldier. After the heavy fighting no matter how tired he is he will find a chance to share this joy. A village ruined after the fighting. The smoking houses. The Azerbaijani flag piercing a village. Think of the poems that will be written about a picture like this. In the most simple way I can say it: HURRRRAYYY!!!! |
Monday, January 30, 2012
Drivers’ “Day of Rage” in Baku tərcüməsi - Bakıda sürücülərin “qəzəb günü” translation
This article appeared almost two weeks ago on the website of the opposition newspaper, Azadlıq. Taxi drivers are ubiquitous in Baku and the revenue that they generate supports many thousands of otherwise impoverished families in Baku. As is the case in many former Soviet countries, many taxi drivers that I met had advanced degrees in engineering and other technical fields but after the collapse of socialism their skills were devalued in favor of “modern” technocrats from Europe and the United States. With their jobs gone many men have turned to the only means of producing income at their disposal: their Soviet-era cars. The fact that so many drivers showed up to a demonstration signals to me that there are serious fractures in the social base that supports the Aliyev regime. It will be interesting to see how the government responds. I am uncertain about the portions highlighted in blue.
Bakıda sürücülərin “qəzəb günü” Yüzlərlə taksiçi Nəqliyyat Nazirliyinə yürüş etdi; nazirə istefa tələb olundu Nazirliyin sözçüsü sürücüləri aldatdı "Qanun bizlik deyil, göstəriş yuxarıdandır" Nəqliyyat Nazirliyi ilə Yol Polisinin lisenziyasız taksilərə qarşı başladıqları reydlərə qarşı sürücülər növbəti dəfə möhtəşəm aksiya keçirdilər. Ötən gün Nəqliyyat Nazirliyinin binası qarşısına toplaşan 500-ə yaxın sürücü qərarın ləğvini tələb edirdi. Qeyd edək ki, hazırda Bakıda qanuni taksi fəaliyyəti ilə məşğul olmaq üçün maşınların 2007-ci il və ondan sonrakı modellərinə icazə veriləcək. Telekanallar hanı? Saat 15-ə təyin olunan aksiya vaxtında başladı. Ancaq sürücülərdən əvvəl həmişə olduğu kimi əraziyə polislər gəlmişdi. Nəqliyyat Nazirliyi Yasamal rayonu ərazisində yerləşsə də ünvana Səbael Rayon Polis Idarəsinin işçiləri də cəlb edilmişdi. Nazirliyin qarşısındakı yolun o biri üzündə toplaşan sürücülərin qabağını polis kəsdi. Əvvəlcə onlara dağılışmağı məsləhət görən asayiş keşikçiləri dediklərinin heç bir faydası olmadığını gördülər. “Biz çörək davası edirik, çörək istəyirik. Iki gündən bir gedib Çindən zir-zibil taksi gətirirlər. 50 manat plan qoyublar. Tutaq ki, razılaşıb işlədik, 50 manat onlara verdik, bəs evə nə aparaq? Uşaqlar acından ölməlidir?! Imkan versinlər işləyək də. Iş yeri açmırlar, beş-on manat çörək pulu qazananı da çörəksiz edirlər. Necə vergi ödəyiriksə, lisenziyanı da müəyyən etsinlər, ödəyək, ailəmizi saxlayaq da. Ziya Məmmədov istefa verməlidir. Camaatı incidirlər. Bu dəqiqə ölkənin 60 faizi taksi sürür. Taksini ləğv etsələr, bütün millət ayağa qalxacaq. Hərə ailəsində azı 4-5 nəfər saxlayır. Bir yerə yığanda gör nə qədər əhali ac qalacaq” - deyə, sürücülər etirazlarını bildirirlər. Hanı ictimaiyyətin ITV-si? Sürücülər telekanalların problemlərini işıqlandırmamalarından gileyləndilər: “Hanı vicdanlı, dəqiq, qərəzsiz ANS, hanı günü-gündən Azərbaycanın çiçəkləndiyini söyləyən AzTV, hanı 1 milyona yaxın iş yeri açıldığını söyləyən ATV? Hanı ”ictimaiyyətin” ITV-si? Niyə itiblər? Haradadılar? Hökumətin qoltuğunun altında oturmaqdansa, xalqın dərdinə şərik olmaq gərəkdir”. “Istefa”, “Azadlıq”, “Ayı kababı yeyənlər bizim pulumuzdan əlini çəksin” Dəfələrlə polislər nazirliyə gedib məsələyə aydınlıq gətirməyin tərəfdarı olduqlarını bildirsələr də, sürücülər “Ziya Məmmədov özü gəlib bizə hər şeyi izah etsin” cavabını verdilər. Belə bir şeyin mümkün olmadığını görəndə isə taksi sürücüləri “Istefa” şüarını səsləndirməyə başladılar. Bundan sonra isə hadisə yerində olan 100-dən çox polis əməkdaşının etirazçılara münasibəti kəskinləşdi. Polisin dubinkası işə düşdü. Onlar sürücüləri ərazidən uzaqlaşdırmaq istəsələr də, bunun faydası olmadı. Əksinə yollarda tıxac yarandı. Sürücülər “Azadlıq” və “Ayı kababı yeyənlər bizim pulumuzdan əlini çəksin” şüarlarını səsləndirməyə başladılar. “Azadlıq” şüarını polislər səsgücləndirici ilə batırmaq istəsə də, bunun da faydası olmadı. Əsəblərini cilovlaya bilməyən asayiş keşikçiləri sonda bir neçə nəfəri döydü, yaralananları və fəalları polis maşınına basaraq aparmaq istəyəndə isə sürücülər buna mane oldular. Bir neçə cəhddən sonra 3 nəfəri həbs edib naməlum istiqamətə apardılar. Vəziyyətin acınacaqlı olduğunu görən polislər nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla görüşmək üçün taksi sürücülərindən 10 nəfər nümayəndə seçilməsini xahiş etdi. Ancaq nazirliyə onlardan üçü buraxıldı. Görüşə gedən yoldaşlarını etirazçılar yolun o biri hissəsində gözləməyə başladılar. Etirazçıların qarşısında çəpər kimi dayanan polislər onları yola çıxmağa qoymurdu. Namiq Həsənovun ikibaşlı oyunu Təxminən yarım saatdan sonra sürücülər bir az yaxşı əhval-ruhiyyə ilə geri qayıtdılar: “Namiq Həsənovla görüşdük. Deyir ki, iki gün vaxt verin, nazirlə danışım, özüm televiziya vasitəsilə sizə xəbər verəcəm. Deyir, bu qanun bizlik deyil, göstəriş yuxarıdandır”.
Sürücülər nazirliyin məlumatının yalan olduğunu dilə gətirdilər. Sabahsa (bu gün - red.) yenidən aksiya keçirməyə qərar verdilər. Sürücülər necə düşünüdülərsə, elə də oldu. Namiq Həsənov sürücülərə dediyi sözün tam əksini “Azadlıq” radiosuna açıqlamasında bildirdi. Hətta sürücülərin aksiyaları davamlı olsa belə, bunun verilən qərarı dəyişməyəcəyini vurğuladı. O qeyd etdi ki, Nəqliyyat Nazirliyi ilə Yol Polisinin lisenziyasız taksilərə qarşı başladıqları reydlər bundan sonra da davam etdiriləcək: “Taksi sürücüləri yalnız lisenziya alandan sonra fəaliyyət göstərə bilərlər. Kimlərin ki, maşını standartlara uyğun deyil gedib ‘London taksiləri’ndən götürə bilərlər və ya ağ rəngli, istehsal müddəti 5 ildən aşağı olmayan maşınla lisenziya alandan sonra fəaliyyət göstərə bilərlər. Qanun qarşısında hamı bərabərdir, əgər biz qanunsuz fəaliyyətə icazə versək, belə çıxır ki, Nəqliyyat Nazirliyinin özü qanunsuz işlə məşğuldur”. Namiq Həsənov deyir ki, bundan sonra taksi xidməti göstərmək istəyən fiziki şəxslər 150 manat ödəyib 5 illik lisenziya almalı, fərqlənmə nişanı, texniki və tibbi müayinəyə də hər ay 30 manata yaxın pul ödəməlidirlər. Bundan başqa, sürücü öz hesabına avtomobilə naviqasiya sistemi və sayğac quraşdırmalıdır. | Drivers’ “Day of Rage” in Baku Hundreds of taxi drivers marched to the Transportation Ministry demanding the resignation of the minister The ministry’s spokesperson deceived the drivers “The law isn’t ours, it’s an order from above” Drivers once again staged a massive action against raids begun by the Transportation Ministry and the Road Police against unlicensed taxis. Yesterday nearly 500 drivers gathering in front of the Transportation Ministry building demanded a repeal of the ordinance. Currently in order operate a legal taxi business permission is only given to cars made in 2007 or later. Where are the television channels? The action, which was set to begin at 3, began on time. As always, the police had come to the area before the drivers. Even though the Transportation Ministry is located in the Yasamal neighborhood police from Səbael had been called in. The police cut in front of the drivers who were gathering at one end of the road across from the ministry. Beforehand, they were not given the benefit of being told to disperse by the peace officers. “We are fighting for bread, we want bread. In two days they go and bring a crappy taxi from China. They have put forward a 50 manat plan. Let’s say we agreed and gave them 50 manat, then what would we bring home? Should our children die of hunger?! Let them give us a chance and we would work. They’re not opening workplaces, they’re turning the people who earn 5 or 10 manat into paupers. However we pay taxes, let them define the license, if we pay we still have to take care of our families. Ziya Məmmədov must give his resignation. They are torturing the people. At this moment 60 per cent of the country drives taxis. If they destroy taxis, the entire nation will stand up. Everyone is taking care of at least 4 or 5 people in his family. When we gather in one place you’ll see how much of the population will stay hungry,” said the divers in their protest. Where is the public’s public television (ITV)? The drivers complained about television channels not shedding light on their problems: “Where is the honest, precise, and unbiased ANS, where is AzTV which talks day after day about Azerbaijan’s flourishing, where are the nearly one million jobs that have opened that ATV talks about? Where is the “public’s” public television? Why have they disappeared? Where are they? If they are in bed with the government then they are accomplices in the people’s sorrow. “Resign”, “Freedom”, “Bear kebab eaters keep your hands off our money” Even though police came repeatedly to the ministry and declared that they supported clarifying the problem, the drivers answered that “Ziya Məmmədov himself should come and explain everything to us.” However, when they saw that something like this was not possible the taxi drivers began to shout the slogan “Resign”. After this the cooperative relationship between the demonstrators and the more than 100 police in the protest location intensified. The police clubs started trouble. Even though they wanted to move the drivers away from the area it was no use. Instead it created a traffic jam in the streets. The drivers began to shout the slogans “Freedom” and “Bear kebab eaters keep your hands off our money.” Even though the police wanted to drown out the chants of “Freedom” with loudspeakers this was also no use. Peace officers who were unable to control their tempers ultimately beat several people and when they wanted to put wounded and aggressive demonstrators in police cars by shoving them the drivers prevented it. After several attempts 3 people were arrested and were taken in an unknown direction. Seeing the infuriated condition of the crowd, the police requested that 10 people be chosen from the taxi drivers as representatives to meet with the leader of the ministry’s information service, Namiq Həsənov. Only three of them were allowed into the ministry. The protesters began to wait on the other part of the road for their comrades who were going to the meeting. The police stood against the protestors like a fence and stopped them from leaving to the road. Namiq Həsənov’s twofaced game Approximately half an hour later the drivers returned in good spirits: “We met with Namiq Həsənov. He says give him two days, let me talk with the minister and I will personally communicate with you on television. He says this law isn’t ours, it’s an order from above.” The drivers said that the message from the ministry is a lie. They decided to undertake another demonstration tomorrow. However the drivers felt, they still did it. Namiq Həsənov announced the exact opposite of what he said to the drivers in his explanation to “Azadlıq” radio. Even if the drivers’ demonstrations are ongoing, he underlined the fact that the decision is not to going to change. He stated that the raids begun by the Transportation Ministry with the Road Police against unlicensed taxis will be continued: “Only after taxi drivers get a license will they be able to operate. Whoever goes and takes a car from ‘London taxis’ that is not up to standard or a white car note made less than 5 years ago can operate after getting a license. Everyone is equal before the law, if we gave permission to illegal activities it would mean that the Transportation Ministry itself is engaging in illegal matters. Namiq Həsənov says that after this, individuals who want to offer taxi services must pay 150 manat for a 5-year license and nearly 30 manat per month for a distinct emblem and technical and physical examinations. Moreover, with their own money, drivers must install a navigation system and a meter. |
Subscribe to:
Posts (Atom)