De Waal: “Sazişin qabağını Azərbaycan aldı”
De Waal: “Azerbaijan prevented the agreement”
Thomas de Waal
28.07.2011
Amerikanın Beynəlxalq Sülh üzrə Karnegie Fondunun təhlilçisi Tomas De Waal:
The American Carnegie Endowment for International Peace analyst Tomas De Waal:
Dağlıq Qarabağ üzrə sülh prosesi qeyri-adi çətin dövrünə daxil olub.
The Nagorno-Karabakh peace process has entered an exceptionally difficult period.
Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 24 iyun görüşü qabağı böyük ümidlər var idi ki, nəhayət, Baza Prinsipləri üzrə sənəd, çərçivə sazişi imzalanacaq. Ancaq heç nə baş vermədi.
There were great hopes before the June 24 meeting in Kazan of the presidents of Azerbaijan, Armenia and Russia that, at long last, a document of Basic Principals, a framework for an agreement would be signed. But nothing happened.
Kazanda nə oldu və indi nə baş verir?
What happened in Kazan and what is happening now?
Bir çox mənbələr, o cümlədən Bakıdakı bir mənbə təsdiqləyir ki, Kazanda sazişin qabağını alan Azərbaycan olub. Sazişin layihəsi üzərində intensiv işləyən Rusiyanın xarici işlər naziri Lavrov görüşdən sonra, bir şahidin dediyinə görə, darmadağın olmuşdu.
Several sources, including one source in Baku, confirm that, it was Azerbaijan who prevented an agreement. According to a witness, the Russian foreign affairs minister, Lavrov, who has been working intensively on a draft of the agreement, was decisively defeated.
Belə görünür ki, Azərbaycan prezidenti danışıqlara layihəyə 9 ya 10 düzəlişlə gəlmişdi. Erməni tərəfi buna etiraz etdi. Görüş 4 saat çəksə də, danışqlar başlananda artıq bitmişdi.
It appears that the Azerbaijani president came to the talks with 9 or 10 ammendmants. The Armenian side opposed this. Even though the meeting lasted for 4 hours, the talks were over as soon as they started.
Erməni tərəfi bildirdi ki, Kazanda müzakirə olunmalı son layihəni qəbul edir.
Bu, 2009-cu ilin sonunda-2010-cu ilin əvvəllindəki vəziyyətdən dönüş idi. O vaxt Bakı deyirdi ki, Afinada razılaşdırılmış layihəni qəbul edir, qəbul etməyən Yerevandır.
The Armenian side said that it accepts the draft discussed in Kazan. This was an about-face from the former situation at the end of 2009 to 2010. At that time Baku was saying that it accepted the draft agreed to in Athens and that Yerevan was the one who refused.
AZƏRBAYCANIN İRADLARI
AZERBAIJAN’S COMMENTS/OJECTIONS
Azərbaycanın iradlarını 3 yerə bölmək olar.
It’s possible to divide Azerbaijan’s comments into 3 places.
Birincisi, Lavrovun hazırladığı son layihədə Bakının spesifik narahatlıqları var. Onlardan əsası, Bakının dediyinə görə, “dəhliz olmayan Laçının” statusunun layihədə aydın yazılmamasıdır.
First, there are specific concerns for Baku in the final draft that Lavrov prepared. Of them basically, according to what Baku said, the status of the “nonexistant Laçın corridor” was not written clearly in the draft.
Burda məsələ Baza Prinsiplərinin ikisi arasında əlaqədədir. Prinsiplərdən biri 7 rayonun qaytarılmasına aiddir. Deyilir ki, 7 rayondan 5-i dərhal qaytarılmalıdır. 2-si isə - Kəlbəcər və Laçın 5 il sonra qaytarılmalıdır. Eyni vaxtda deyilir ki, Laçın Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz olmalıdır.
This issue is connected to two of the Basic Principles. The first principle concerns the return of 7 regions. It says that, of the 7 regions 5 must be immediately returned. The second principal however says that Kəlbəcər and Laçın must be returned 5 years later. At the same time it says that Laçın must be a corridor uniting Nagorno-Karabakh with Armenia.
Bakının iradı odur ki, Kazandakı layihədə Laçın dəhlizinin bitməsinə vaxt qoyulmur.
Ona görə “qeyri-dəhliz Laçının” statusu dumanlıdır və Laçının 39 kəndinin sakinlərinə geri qayıtmağı vəd etmir.
Baku’s objection is that, the Kazan draft does not put an end date for the Laçın corridor. Because of this the status of the “----“ is hazy and it does not promise for the return of the residents of Laçın’s 39 villages.
Buna görə, layihədə əslində 7 yox, 6 rayonun qaytarılmasından söhbət gedir.
Because of this the draft is actually only talking about the return of 6 and not 7 regions.
Başqa maddə Dağlıq Qarabağa müvəqqəti statusun verilməsidir - o, bununla beynəlxalq təşkilatlara qoşula bilər. Azərbaycanın buna iradı daha az oldu.
Another point is giving Nagorno-Karabakh provisional status – it could join international organizations. Azerbaijan now objected less to this.
Azərbaycanın Laçın məsələsində iradı legitimdir. Ancaq İlham Əliyev bu məsələni niyə məhz Kazan görüşündən əvvəl yox, görüşdə qaldırdı? Bununla da görüşü heçə endirdi.
Azerbaijan’s objection to the Laçın issue is legitimate. But why did Ilham Aliyev only raise the issue at the Kazan meeting and not before?
Bu bizi Azərbaycanın ikinci qəbil iradlarına aparır. Belə görünür, Bakı Rusiyanın dediyi ilə razılaşmaqda, daha doğrusu, razılaşan kimi görsənməkdə özünü yaxşı hiss etmir.
This brings us to the second type of Azerbaijan’s objections. It seems, in accord with what Russia said, namely, as soon they agree it appears that Baku does not feel any better.
Azərbaycanlılar indiyə kimi Rusiyaya Ermənistanın əsas trəfdaşı kimi baxırlar və Lavronun roluna şübhə ilə yanaşırlar, Lavrovun erməni mənşəyinə etibar etmirlər.
Azerbaijanis up until now have looked to Russia as basically Armenia’s ------- and have approached Lavrov’s role with suspicion, having no confidence in him because of his Armenian origins.
Medvedev bunu heç vaxt dilinə gətirməsə də, Azərbaycan qorxur ki, Rusiyanın məxfi planı ola bilər. Rusiya Dağlıq Qarabağa öz sülhümühafizə qüvvələrini yeridə bilər və sülh prosesini öz istədiyi kimi apara bilər.
Even though Medvedev has never said this, Azerbaijan fears that it could be Russia’s secret plan. Russia could bring its own peacekeeping forces into Nagorno-Karabakh and could arbitrarily direct the peace process.
Dağlıq Qarabağ sülh prosesində illərlə bir yazılmamış razılıq var ki, qonşular və Minsk qrupu həmsədrləri burda sülhümahifəzyə cəlb olunmamalıdırlar. Ancaq bu, heç vaxt rəsmi yazılmayıb.
For years there has been an unwritten agreement in the Nagorno-Karabakh peace process that neighboring countries and the co-chairs of the Minsk group would not be drawn into the peacekeeping force here. But this has never been formally written down.
Bütün bunlara görə, Bakının Kazandakı taktikası Vaşinqtona və Parisə çatdırmaq olub ki, gələn layihənin hazırlanmasına onlar da qoşulsunlar. Söz verilsin ki, sülhümühafizə Avropa Birliyindən gələcək.
Because of all of these things, Baku’s tactic at Kazan was was to convey to Washington and Paris that they should also join in the preparation of the next draft. Let them promise that any peacekeeping force will come from the European Union.
Azərbaycanın istədiyi təkcə beynəlxalq aləmin cəlb olunmasıdırsa, onda onlar tərəfdən “Medvedev anından” istifadə edilməsinə tələsilməlidir.
If the international community is drawn in then Azerbaijan only wants to them to hurry so that “Medvedev’s moment” is used from the side.
Çünki Rusiyada prezident seçkiləridir və çox güman ki, Putin prezidentliyi özünə qaytaracaq. Əliyevlə Medvedevin münasibətləri daha yaxşıdır, nəinki Putinlə. Putin heç vaxt Dağlıq Qarabağ problemini həll etməyə maraq göstərməyib. Belə görünür, onun fikrincə, indiki status-kvo Rusiyaya xeyirdir.
Because there are presidential elections in Russia and it is very probably that Putin will return to the presidency. Medvedev’s relations with Aliev are better than those with Putin. Putin has never shown any interest in resolving the Nagorno-Karabakh problem. It seems that, in his opinion, the current status quo is beneficial to Russia.
Vaşinqtona gəlincə, narahatlıq var ki, Amerika rəhbərliyi bu problemə marağını itirə və indikindən daha az səy göstərər.
Coming to Washington, there is concern that the American leadership will lose interest in this problem and will show less effort than the current leaderhsip.
Bunlar bizi Azərbaycanın Kazandakı 3-cü qəbil iradlarına aparır. Azərbaycan fikirləşir ki, zaman onun xeyrinə işləyir və tələsməyə dəyməz. Azərbaycan rəsmiləri deyirlər ki, Qafqazda silahlanma yarışı Ermənistanı müflis etməkdir.
These things bring us to the third type of Azerbaijan’s objections at Kazan. Azerbaijan thinks that time is working towards its benefit and there is no reason to hurry. Azerbaijani officials say the arms race in the Caucasus is bankrupting Armenia.
Azərbaycan prezidenti deyir ki, Azərbaycanın maliyyə və siyasi çəkisi, əhalisi artır. Ermənistanın əhalisi azalır. 5 ildən -10 ildən sonra Azərbaycanda əhali 11 milyon olacaq, Ermənistanda 1 milyon. Bu yolla Azərbaycan məsələni öz xeyrinə həll edəcək.
The Azerbaijani president says that Azerbaijan’s financial and political weight as well as its population is increasing. Armenia’s population is decreasing. 5 or 10 years from now the population of Azerbaijan will be 11 million and of Armenia 1 million. Azerbaijan will solve the problem to its own benefit this way.
Ancaq Ermənistan tərəfi də deyə bilər ki, onlar 20 il əvvəlidən qat-qat güclüdürlər. Ermənistan adambaşına düşən daxili məhsula görə Gürcüstan kimidir, yəni kasıb deyil. Üstəlik xaricdə güclü diasporaları var. Dağlıq Qarabağ faktiki öz-özünü saxlayır.
But the Armenian side could also say that they are much stronger than 20 years ago. Armenia is like Georgia due to its falling per capita domestic production, but it is not poor. Moreover, there is a strong diaspora abroad. Nagorno-Karabakh actually keeps them together.
Buna görə, Azərbaycan höküməti neftdən, qazdan gələn nəhəng gəlirləri sülhün bərqərar olmasına sərf etsə daha yaxşıdır, nəinki daha yaxşı müqavilə üçün oturub illərlə gözləmək.
Because of this, it would be better if the Azerbaijani government spent its enormous oil and gas revenues to establish peace instead of sitting and waiting for years for a better agreement.
PROQNOZLAR
PROGNOSES
Əgər Azərbaycanı spesifik məsələlər narahat edirsə, bunlar bir neçə ay ərzində yəqin ki, yerbəyer ediləcək. “Dəhliz olmayan” Laçına status müəyyən olunacaq, “qonşularsız və həmsədrlərsiz” sülhü mühafizə qüvvələri haqda maddə olacaq.
If specific issues are worrying Azerbaijan, it’s probable that within a few months they will be accomodated. The status of the “nonexistant corridor” to Laçın will be determined, a peacekeeping force “without neighbors and without co-chair countries” will materialize.
Tam sülh sazişinə doğru daha çox işləmək lazım gələcək. Ola bilər, erməni qüvvələri işğal etdikləri ərazilərin bir hissəsindən çıxsınlar, əvəzində Bakı Dağlıq Qarabağın müvəqqəti statusuna razı olsun. Məsələn, xaricilər Dağlıq Qarabağa gələ bilərlər və ya BMT-nin burda nümayəndəliyi açıla bilər.
A comprehensive peace agreement is really going to take a lot more work. It could be that Armenian forces will leave a part of the territory they have occupied should Baku agreeing to a temporary status for Nagorno-Karabakh. For example, foreigners could come to Nagorno-Karabakh or the UN could open a mission here.
Bunlar Vaşinqtona və Parisə imkan verə bilər ki, Moskvanın körpü salma cəhdlərinə daha yaxından kömək etsinlər.
These things could give Washington and Paris the opportunity to closely assist Moscow’s efforts at bridge-building.
“Medvedev anı” hələ var.
“Medvedev’s moment” still exists.
Yox, əgər Azərbaycan sadəcə vaxtı uzadırsa, onda başqa yanaşma lazım gələcək.
Onda həmsədrlər deyə bilərlər ki, atəşkəsi monitor edəcəklər, sülhə təminatçı ola bilərlər, ancaq vasitəçilik imkanları artıq tükənib.
No, if Azerbaijan simply prolongs the time, then another approach will be necessary. Then the co-chairs could say that they are going to monitor the ceasefire, that they could be the guarantors of peace, but opportunities for mediation have already dwindled.